Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2029/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsinə dair" ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsinə dair" ərizəsi üzrə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü əri X7 xx.xx.2020-ci il tarixdə iş yerində qəfil ürəktutması nəticəsində vəfat etmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. Ölüm hadisəsi iş vaxtı baş verdiyi üçün Nəsimi rayon Prokurorluğu tərəfindən material açılmışdır xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işi ilə bağlı araşdırma getdiyi üçün qeydiyyatda olduğu poliklinikadan ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. xx.xx.2020-ci il tarixdə il tarixdə mərhum əri Sabunçu rayon Balaxanı qəsəbəsi qəbristanlığında dəfn edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün Maraqlı şəxs ölüm haqqında şəhadətnamənin verilməsindən xx.xx.2021-ci il tarixli məktubla imtina etmişdir. Hazırda ərinin miras əmlakı üzrə vərəsəlik işinin açılması niyyətindədir. Ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən bunu edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, AR MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün heab etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X1 və X2 məhkəməyə verdikləri ifadələrində ərizəçinin onların dayısı qızı olduğunu, onun əri X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etdiyini, onun Bakı şəhəri, Sabunçu rayon Balaxanı qəsəbə qəbristanlığında dəfn olunduğunu və özlərinin də dəfn mərasimində iştirak etdiklərini göstərmişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən əri X3 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixində saat 15 radələrində Azəriqaz İB-nin Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsində yerləşən Təmir-tikinti idarəsinin inzibati binasında kəskin üzrək-damar çatışmazlığından vəfat etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu və şahid ifadələri ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2029/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2029/2021
16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver