Məhkəmə qərarları › İş №2(004)-2051/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2051/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2051/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhər Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Qədirov X7 Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb edərək qardaşı 23.02.1939-cu il təvəllüdlü X2 23.01.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi, 23.02.1939-cu il təvəllüdlü X2 23.01.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən olunması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X6 onun əmisi olub. 23.01.2021-ci il tarixdə əmisi onlara şam yeməyinə gəlmiş, divanda əyləşərkən halı pisləşmişdir. O, dərhal təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi yardım gələndə artıq əmisi rəhmətə getmişdir. Mərhumun dəfnində şəxsən iştirak etmiş və onun ölüm faktını təsdiq edir. Şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X6 onun əmisi olub. 23.01.2021-ci il tarixdə əmisi onlara şam yeməyinə gəlmiş, divanda əyləşərkən halı pisləşmişdir. O, dərhal pəncərəni açmış, dəsmalı yaş edərək əmisinə ilkin yardım göstərməyə çalışmışdır. Bacısı təcili tibbi yardım çağırmışdır. Əmisi onların evində- ünvan 1 ünvanında vəfat etmişdir. Mərhumun dəfnində şəxsən iştirak etmiş və onun ölüm faktını təsdiq edir. İş materiallarında olan AZ-İ 150559 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X4r. İş materiallarında olan 23.01.2021-ci il tarixli Təcili və X1 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, həkim briqadası gələnə qədər ünvan 1 ünvanında X2 meyiti aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinin 28.01.2021-cu il tarixli 05/Q-129/15 nömrəli məktubundan görünür ki, Ərizəçi şöbəyə müraciət etmiş, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən şəhadətnamənin verilməsi mümkün olmamış və bundan imtina olunmuşdur. İş materiallarında olan Xocasən kənd məscidinin dini icmasının arayışından müəyyən olunur ki, X6 23.01.2021-ci il tarixdə vəfat etmiş və 24.01.2021-ci il tarixdə Xocasən qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” birliyi X8 08.04.2021-ci il tarixli, 898 nömrəli məktubundan görünür ki, 1939-cu il təvəllüdlü X2 meyiti Birliyin Yasamal rayon Şöbəsində nə göstərilən tarixdə, yəni 23.01.2021-ci il tarixdə, nə də sonrakı günlərdə müayinə üçün daxil olmamış və meyitlərin qeydiyyat kitabında qeydə alınmamışdır. Ona görə də mərhum X2 ölümünə dair Birliyin Yasamal rayon şöbəsində “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə X10 Şəxsi X8 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 06.04.2021ci il tarixli, 868 nömrəli məktubundan görünür ki, 23.02.1939-cu il təvəllüdlü X6 19 saylı Birləşmiş şəhər Xəstəxanasında ölümə səbəb olan diaqnozla dispanser müşahidədə olmadığı üçün (hal-hazırki tarixdə ancaq həkim travmatoloq-ortapedin ambulator qəbulunda olmuşdur) ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin vəkili və nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi qardaşı 23.02.1939-cu il təvəllüdlü X2 23.01.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.02.1939-cu il təvəllüdlü X2 23.01.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar