Məhkəmə qərarları › İş №2(004)-2063/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2063/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2063/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Maraqlı şəxsAzərbaycan Respublikasının Dövlət Arxivi cəlb edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Maraqlı şəxsAzərbaycan Respublikasının Dövlət Arxivi cəlb edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X10 ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X19 1930-cu ildə Xankəndində anadan olmuşdur. Rusiya Federasiyası, Astraxanda vəfat etmişdir. Azərbaycan Respublikasında dəfn edilmişdir. Məlum hadisələrlə 1988-ci ildə Rusiyaya gedərək doğum haqqında şadətnaməsini itirmişdir. Qardaşının doğum və ölüm faktının müəyyən edilməsi və onun adına doğum və ölüm haqqında şəhadətnamənin verilməsi barədə Azərbaycan Respublikasının Maraqlı şəxsvə Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinə ərizə ilə müraciət etsə də, doğum və ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Belə ki, müraciətinə cavab olaraq verilmiş imtina məktubunda qeyd olunur ki, təqdim etdikləri sənədlər arasında mərhum qardaşı doğum haqqında və ölüm faktını təsdiq edən arayış olmadığından, doğumun və ölümün qeydiyyata alınmasından imtina edilir. Məcbur qalıb bu faktı təsdiq etmək üçün məhkəməyə müraciət edir. Mərhum qardaşı X1 yaranmış xəstəlik nəticəsində qəflətən 1998-ci il tarixdə Rusiya Federasiyası, Astraxanda vəfat etdiyi üçün, ölümünü təsdiq hər hansı sənəd təqdim edilməmişdir. Qohumları ilə birgə onu Bakı şəhəri, şəhər qəbirsanlığında yerləşən qəbristanlıqda (anasının yanında) dəfn etmişlər. Halhazırda mərhum qardaşı X10 doğum və ölüm faktını təsdiq edən şəhadətnamənin alınmasını istəyir. Bunun üçün X19 oğlunun doğum və ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X20 ifadəsində ərizəçinin onun yeznəsi, mərhum X10 Nizaminin qardaşı olduğunu, mərhum X10 1988-ci ilə qədər Xankəndi şəhərində yaşadığını, 1988-ci ildə Rusiyaya getdiyini, 1997-ci ildə Rusiyada vəfat etdiyini, X10 meyitinin Rusiyadan Azərbaycana necə gətirildiyini bilmədiyini, dəfndə iştirak etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X21 ifadəsində, ərizəçinin onun yeznəsi, mərhum X10 Nizaminin qardaşı olduğunu, mərhum X15 şəxsən tanıdığını, onun Xankəndidə yaşadığını və Bakıya iş üçün gələndə onunla tanış olduğunu, daha sonra ailəsi ilə birgə Rusiyaya getdiyini, 1997-ci ildə Rusiyanın Astraxan şəhərində vəfat etdiyini, onun meyitini oğlanlarının Rusiyadan Azərbaycana gətirdiyini, Qurd Qapısı qəbirstanlığında dəfn olunduğunu, dəfndə iştirak etməyini dəqiq xatırlamadığını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində ərizəçi və mərhum X10 onun əmisi olduğunu, əmisi X10 Xankəndi şəhərində yaşadığını, sonra Rusiyaya getdiyini və Həştərxanda vəfat etdiyini, onun meyitini oğlanlarının Rusiyadan Azərbaycana gətirdiyini eşitdiyini, lakin şahidi olmadığını, həmin vaxt Özbəkistanın Daşkənd şəhərində olduğunu, dəfndə iştirak etmədiyini, daha sonra qəbri üstünə getdiyini bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Ərizəçi verilmiş müraciətə cavab məktubuna əsasən X19 haqqında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Maraqlı şəxsAzərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi verilmiş ərizəyə cavab məktubuna əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1930-cu ilə dair Xankəndi rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X10 doğum haqqında akt qeydinin axtarışının aparılmasının imkanları xaricində olduğu bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş Ərizəçi xx.xx.2024-cü il tarixli ərizəsinə cavab məktubuna əsasən Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında 1982-ci ildə dəfn olunmuş anası X2 yanındakı boş yerdə qardaşı X10 dəfn olunması barədə heç bir məlumat olmadığı bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizəçi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə ünvanladığı ərizəyə cavab məktubuna əsasən 1897-ci ildə Azərbaycan Respublikası Xankəndi şəhərində anadan olmuş X7nun doğum haqqında akt qeydinin bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəyə baxıldığı, tərəflərindən araşdırma aparılan zaman Xankəndi rayon Qeydiyyat şöbəsi tərəfindən 1897-ci illərdə tərtib edilmiş akt qeydlərinin 1-ci Vətən müharibəsi zamanı mühafizə etməyin mümkün olmadığı və hazırda mövcud olmadığı, şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə doğum haqqında akt qeydinin bərpasının mümkün olmadığı bildirilmiş və hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İV 997760 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1947-ci il tarixdə Xankəndi şəhərində doğulmuşdur. X7, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 117747 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X22 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2030 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 378313 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 129 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 161 nömrəli “X17” MTK-nın arayışına əsasən Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında yerləşən “X17” MTK-nin yaşayış binalarından 39 saylı binanın 37-ci mənzilində qeydiyyatsız yaşamaqdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 673-ş-25 nömrəli Bakı şəhər Yasamal Rayon Prokurorluğu tərəfindən Ərizəçi ünvanlanmış müraciətə cavab məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən daxıl olmuş məktubda qeyd edilmişdir ki, X8 1982-ci ildə Ümumşəhər qəbirstanlığında 2936-cı nömrəli yerdə dəfn olunmuşdur və qəbir üstü abidəsi vardır, uzun müddət keçdiyindən qeydiyyat kitabı saxlanılmamış, arxiv materiallarından X10 dəfn olunması barədə heç bir məlumatın olmadığı təsdiqi tapdığı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-52-13-18/2-15/2025 nömrəli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Fərdi Qaydada Fəaliyyət göstərən vəkil Nizami İbrahimova cavab məktubuna əsasən 1976-cı ildə vəfat etmiş X13,1982-ci ildə vəfat etmiş X9, 1982-ci ildə vəfat etmiş X3, 1997-ci ildə vəfat etmiş X14 və 2006-cı idə vəfat etmiş X6, Qaradağ rayonu, Ümumşəhər(Qurd Qapısı) qəbiristanlığında dəfn edilməsi barədəki məlumatlar (qeydiyyat kitabları) uzun müddət keçdiyindən arxivlərində qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Maraqlı şəxsAzərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-362/2025 nömrəli sorğuya cavab məktubuna əsasən Xankəndi şəhəri üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, Ərizəçi doğum haqqında akt qeydinin axtarışının aparılması imkanı xaricində olduğu bildirilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, xx.xx.2025-ci il tarixli, 3-52-13-18/2-18/2025 nömrəli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sorğuya cavab məktubuna əsasən Ərizəçi, Trestə xx.xx.2024-cü il tarixli,3-52-13-18/1-Ə- 42/2024 saylı ərizə ilə müraciət edərək, anası X2 qəbrinin yanındakı qəbirdə qardaşı X10 dəfn olunması barədə arayışın verilməsini xahiş etmişdir.Tərəflərindən, 23 aprel 2024-cü il tarixli, 3-52-13-18/2-Ə- 98/2024 saylı məktubla (qohumluq əlaqəsini təsdiq edən sənəd təqdim edilmədiyi halda belə) dəfn barədə heç bir məlumatın olmadığı barədə vətəndaşa cavab verilmişdir. Arxiv materiallarından,Qaradağ rayonu, Ümumşəhər qəbiristanlığında 1997-ci ildə 394 şəxsin qeydiyyata alınaraq dəfn olunması barədə qeydiyyat kitabı əldə olunmuş , vətəndaş X10 dəfn olunması barədə heç bir məlumatın olmadığı bir daha təsdiqini tapmışdır. Vətəndaşın qeyd etdiyi yerdə 2024-cü ilə qədər heç bir məzarüstü abidə olmamışdir. 2025-ci ildəki vəziyyətə görə həmin yerdə qəbirüstü abidə vardır. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 (1905-1982) aid məzar daşının yanındakı boş yerə baş daşı qoyulmuş üzərində X19 (1930-1997) qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Ərizəçi qardaşı X10 ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, bu barədə kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar