Məhkəmə qərarları › İş №2(004)-2074/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2074/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2074/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək, onun oğlu - xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.1999-cu ildə Hacıqabul rayonunda ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, Xaliqova (Məlikova) Yaqut Xaliq qızı ilə xx.xx.1985-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahından xx.xx.1988-ci il təvəllüdlü X5 və xx.xx.1987-ci il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. X1 06.08.199-cu il tarixdə Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həlak olmuşdur. Oğlunu Ağsu rayonu Cəfərli kənd qəbirstanlığında dəfn etmişlər. Hüquqi savadı olmadığına görə oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin xx.xx.2024-cü il tarixli məktubla şəhatənamə verilməsindən imtina edilmiş və xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətandaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil olmuş bütün vətəndaşların aktları üzrə yoxlama aparılmış və onun barəsində ölüm haqqında akt aşkar edilməmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.1988-ci il tarixli XİV-JQ 270561 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X5 xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X4r. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-318-15/24 saylı arayışından müəyyən edilir ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətandaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-765/24 saylı məktubundan müəyyən edilir ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə etmişdir. Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Kəndoba kəndində nümayəndəsinin verdiyi xx.xx.2004-cü il tarixli 834 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi mərhum X1 qəza nəticəsində xx.xx.1999-ci ildə vəfat etmişdir və Ağsu rayonu Cəfərli kənd qəbirsanlıqında dəfn edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmündən müəyyən edilir ki, xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1999-cu il tarixdə Ələt-Yavlax yolunun 84-cü km-də baş vermiş avtoqəza nəticəsində aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş X5 Ərizəçi doğma oğludur. X6 xx.xx.1999-cu ildə Hacıqabul rayonunda avqoqəza nəticəsində ölmüşdür və Ağsu rayonu Cəfərli kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.1999-cu ildə Hacıqabul rayonunda ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar