Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2103/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00081 nömrəli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinə əsasən birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayın 05-də Maraqlı şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi və mediasiya xərci kimi ödədiyi 60 manat pulun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbkar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016cü il təvəllüdlü X5 adlı iki uşağı var. Maraqlı şəxs uşaqların saxlanması üçün maddi köməklik etmədiyinə görə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında aliment tutulmasına dair barışıq sazişi bağlamışlar. Həmin sazişlə hər ayın 05-də Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs öhdəliyini yerinə yetirmir və uşaqların saxlanması üçün alimenti ödəmir. Odur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və AZEMİS vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. Maraqlı şəxs gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Tələbkar Ərizəçi xx.xx.2024-c il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın ərizəni müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00081 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cı il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00081 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Mediasiya xərci kimi ödədiyi 60 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00081 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00081 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Mediasiya xərci kimi ödədiyi 60 (altmış) manat pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev Azərbaycan Respublikası adından Q Ə T N A M Ə-dən ÇİXARİŞ Bakı şəhəri İş № 2(004)-2103/2024 xx.xx.2024-cü il Bakı şəhəri Yasamal rayon Məhkəməsi Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00081 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00081 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Mediasiya xərci kimi ödədiyi 60 (altmış) manat pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ======================================================================== AZ1138, Bakı şəhəri Mikayıl Müşviq küçəsi 1H. Tel:(012) 510-74-99, Faks:(012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan ======================================================================== İş № 2(004)-2103/2024 xx.xx.2024-cü il Tələbkar: Ərizəçi Ünvan: Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi ev 201 mənzil 25 (tel: ***-***-**-**) Borclu: Maraqlı şəxs Ünvan: Bakı şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsi ev 224 (tel: ***-***-**-**) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2103/2024 nömrəli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2103/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2103/2024
27.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver