Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2111/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 7 saylı Bakı “Asan Xidmət” Mərkəzini maraqlı şəxs qismində cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 7 saylı Bakı “Asan Xidmət” Mərkəzini maraqlı şəxs qismində cəlb etməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi (atasının anası) X2 xx.xx.2019-cu il tarixdə vəfat etməsi vaxtının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X3 xx.xx.2019-cu il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. X4 2023-cü il sentyabrın 10da vəfat etmişdir. Yaşadıqları mənzil atasının xüsusi mülkiyyəti olmuş, mənzilin çıxarışı atasının adına verilmişdir. Nənəsi (atasının anası) X7 10 aprel 2019-cu ildə vəfat etmişdir. Masazır qəbirstanlığında dəfn olunmuşdur. Müəyyən səbəblərə görə nənəsinin adına görə ölüm haqqında şəhadətnamə almamışdır. Vərəsəliklə əlaqədar olaraq 6 ay ərzində ərizəçi notariat kontoruna müraciət etmişdir, nənəsinin ölüm şəhadətnaməsi olmadığına görə vərəsəliyi qəbul etmək mümkün olmamışdır. Məcbur olaraq, 7 saylı ASAN xidmətə müraciət etmiş, ASAN xidmətdə nənəsinin ölüm haqqında şəhadətnaməsi aşkar olunmamışdır. Ərizəçiyə məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Ona görə də, ərizəçi məcbur olaraq, nənəsinin məzar daşı ilə fotoşəkil çəkib sənədlərə əlavə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 7 saylı Bakı “Asan Xidmət” Mərkəzinə məlumat verilmiş, lakin 7 saylı Bakı “Asan Xidmət” Mərkəzinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs 7 saylı Bakı “Asan Xidmət” Mərkəzinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayonu VVAQ şöbəsi tərəfindən verilmiş XVİİİ-ЖГ 279377 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il anadan olmuş və bu barədə akt qeydləri kitabında 564 nömrə ilə qeydiyyat aparılmışdır. X4, anası X5r. İş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1951-ci il anadan olmuş və bu barədə akt qeydləri kitabında 09 nömrə ilə qeydiyyat aparılmışdır. Atası Mahmudov X1, anası X6r. İş materiallarında olan 7 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İİ 383484 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10 sentyabr 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 857 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 7 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7-191-2024 nömrəli məktubundan müəyyən olunur ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, qadına aid məzar daşının üzərində Ocaqverdili (Quliyeva) Zəhra Hüseynqulu qızının 10 aprel 2019-cu il tarixdə vəfat ediyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşının oğlu, mərhum X8 isə anasıdır. O, xx.xx.2019-cu il tarixdə Abşeron rayonunda Masazırda onunla birlikdə yaşadığı evdə vəfat etmişdir. Təcili yardım çağırsalar da, gələnə kimi anası vəfat etmişdir. Xəstəliyi yox idi, lakin artıq qocalmışdı. Mərhum Masazır qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində bildirmişdir ki, mərhum X8 qaynanasıdır. O, xx.xx.2019-cu il tarixdə Abşeron rayonunda Masazırda qızı ilə birgə yaşadığı evdə vəfat etmişdir. Sonra mərhum Masazır qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X17 da digər şahidlər X16 və X9 ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, XX.XX.1928-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktı sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1928-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə Abşeron rayonunda ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2111/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2111/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver