Məhkəmə qərarları › İş №2(004)-2113/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2113/2022

05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2113/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək anası, 15 may 1945-ci il təvəllüdlü X7 10 noyabr 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Vlardimiroviç ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, anası səhəti il bağlı narahatcılıq keçirirmiş. ağriları kəskinləşən zaman təcili tibbi yardım çağırsalar da, kömək etməmişdir. Dəfələrlə təcili tibbi yardım xidmətindən istifadə etməklərinə baxmayaraq, anası ayın 10-da vəfat etmişdir. Halhazırda ərizəsinin mahiyyəti ondan ibarətdir ki anasının ölüm faktı tanınsın. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 İqor Vladimiroviçin onun dostu olduğunu, vəfat etmiş X10 tanıdığını, dost münasibətləri olduğunu, X7 səhəti ilə marağlanmadığını, lazımi mualicələri etmədiyini, səhhəti ilə bağlı bir sıra problemləri olduğunu, sonuncu dəfə təcili tibb xidməti çağırılsa da, həyatını xilas edə bilmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 İqor Vladimiroviç onun dostu olduğunu, anasını tanıdığını, Ərizəçi anası X14 səhətində problemlər olsa da müalicə almadığını, həmişə öz köməyini həm vəfat etmiş X11, həm də ki Ərizəçi etdiyini, sonuncu dəfə X14 üçün təcili tibbi yardım çağırılsa da və həyatın xilas etmək mümkün olmadığını bildirmişdir. İş materiallarında olan İ-ДА №357483 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi atası X12, anası isə X5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 14.12.2022-ci il tarixli X7 ölümünün qeydiyyata alınması barədə 14.12.2021-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətmnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan 10.11.2021-ci il tarixli Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X14 təcili və təxirəsalınmaz tibbi yardım gələnə qədər vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri İH MKTD əhaliyə Vətədaşlıq Xidməti Tresti tərəfindən verilmiş 14.12.2021-ci il tarixli arayışdan görünür ki, X4 anası X14 Bakı şəhəri, Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında 11.11.2021-ci il tarixdə onun tərəfindən dəfn olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, 15.10.1945-ci il təvəllüdlü X7 10 noyabr 2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, 15.10.1945-ci il təvəllüdlü X7 10 noyabr 2021-ci il tarixdə vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi, iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 oktyabr 1945-ci il təvəllüdlü X7 10 noyabr 2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar