Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2119/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13 Cəmil qızının sədrliyi X10 oğlunun katibliyi İddiaçı X1 İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 Cavabdeh oğlunun Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı X1 Cavabdeh oğluna qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən aşağıda qeyd edilən:
1. Stul taxta yığılma plastik ilə bir yerdə-miqdar 38 – 2000 manat
2. Stol taxta plastik bir yerdə miqdar 13 – 750 manat
3. Bir kreslo, bir divan – 400 manat
4. Kondisioner – 200 manat
5. “LC” köhnə tipli və LCD tipli rekke televizor – 550 manat
6. Balaca, böyük qaz balonları miqdarı 3 – 150 manat
7. Qaz peçi dördgözlü – 100 manat
8. Böyük-balaca 10 çaynik – 100 manat
9. Böyük-balaca 4 qazan – 150 manat
10. Manqal böyük restoran tipli – 300 manat
11. Böyük vitrin soyuducu – 600 manat
12. Pivə aparatı – 400 manat
13. 15 manqal şişi – 50 manat
14. Qab-qacaqlar – 400 manat
15. Aristonlar – 150 manat
16. 2 soyuducu – 150 manat
17. Peçlər – 150 manat
18. Linoleum, palazlar – 400 manat
19. Stol üçün örtüklər – 150 manat Cəmi 7000 manat dəyərində əmlakların və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh oğlunun cavabdehlər X3, X5, Şahid və X4 qarşı iddiası təmin edilərək cavabdehlərin 51 saylı, xx.xx.2014-cü il tarixli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçı Cavabdeh oğluna icarəyə verilən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, sahəsi 100 kv.m olan iaşə obyektindən və 120 kv.m olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə icra olunaraq o və həmin iş üzrə digər cavabdehlər iaşə obyektindən və torpaq sahəsindən çıxarılmışlar. Lakin iddiaçı Ş.Mehdiyevə məxsus iddia tələbində göstərilən əmlaklar həmin obyektdə qalmışdır. İcra məmuru tərəfindən qətnamənin icrası zamanı obyektdə qalmış əmlaklar siyahıya alınaraq Cavabdeh saxlancına verilmişdir. Lakin həmin əmlakları cavabdeh halhazıradək geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatlarında göstərmişlər ki, Yasamal Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi üzrə xx.xx.2017-ci il tarixdə icra məmuru tərəfindən siyahıya alınaraq cavabdehə saxlanca verilmiş əşyaların bəziləri başqa şəxslərə (pivə şirkəti və s.) aid olmuşdur. Ən son qarşılıqlı razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə vaxt təyin edilsədə, qeyd edilən tarixdə icra məmuru və tələbkar ünvana gəlsə də, borclular gəlməmiş və əmlakları aparmaqdan imtina etmişlər. Bununla bağlı akt da tərtib edilmişdir. «İcra haqqında» Qanunun 72.6-cı maddəsinə əsasən icra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Əmlakların siyahıya alınmasından və saxlanca verilməsindən artıq beş ilə yaxın müddət keçmişdir. Bundan əlavə Yasamal Bələdiyyəsinin 07 iyun 2022-ci il tarixli 811 saylı arayışına əsasən Cavabdeh oğlunun istifadəsində olmuş Bakı şəhəri, Yasamal rayonu, 2ci Alatava küçəsində yerləşən obyekt meşə parkının yaradılması ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Saxlanca verilmiş əmlaklar söküntü zamanı İcra Hakimiyətinin işçiləri tərəfindən məhv edilmişdir. Məhkəmədə iddiaçı tərəfindən təqdim edilmiş və şahid qismində dindirilmiş: X6 ifadəsində göstərmişdir ki, iddiaçı X3 atasının bibisi oğludur. 2017-ci ildə məhkəmə qətnaməsinə əsasən kafedən çıxarıldıqda kafedə iddia tələbində göstərilən siyahıda olan əşyalar qalmışdır, həmin əşyalar yaxşı vəziyyətdə olmuş, onun tərəfindən alınmış, Türkiyə və Rusiya istehsalı olmuşdur. Bütün əşyaların pulunu Mehdiyev Qardaşxan vermişdir. Q.Mehdiyev kafeyə nəzarəti ona həvalə etmişdir. Şahid ifadəsində iddia tələbində göstərilən əmlakların alınma qiymətlərini təsdiq etmişdir. Bəzi əşyaların qiymətinin iddia tələbində göstərilən qiymətdən artıq qiymətə alındlığını göstərmişdir. Həmin əmlakların təxminən 2013-2014-cü illərdə alındığını bildirmişdir. X7 da ifadəsində obyektdə qalmış əmlakların iddiaçı Q.Mehdiyevin puluna qardaşı Şahid tərəfindən alındığını və qardaşının kafeyə nəzarət etdiyini, icra məmuru tərəfindən aktda bütün əmlakların göstərilməməsini və bu səbəbdən icra məmuru tərəfindən əmlakların saxlanca verilməsi barədə aktı imzalamaqdan imtina etdiyini, dəfələrlə Cavabdeh əmlakların tələb edilməsinə baxmayaraq sonuncu tərəfindən verilməməsini göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 noyabr 2017-ci il tarixli aktdan görünür ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən Yasamal rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsinin icrası zamanı obyektdə qalmış əşyalar siyahıya alınaraq tələbkar Cavabdeh oğluna təhvil verilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah edilmişdir: 1.38 ədəd işlənmiş taxta və plasmas stul; 2.13 ədəd stol;
3. 1 ədəd kreslo, 1 ədəd divan;
4. 1 ədəd «LG” markalı pəncərə tipli kondisioner;
5. 1 ədəd köhnə tipli «LG” markalı və 1 ədəd LSD tipli rekkel markalı televizor; 6.1 ədəd böyük, 2 ədəd balaca qaz balonu;
7. .2 ədəd soyuducu;
8. 1 ədəd 4 gözlü qaz plitəsi;
9. 3 ədəd böyük, 7 ədəd kiçik çaynik;
10. 4 ədəd qazan və digər boşqab və stəkanlar;
11. 1 ədəd manqal;
12. 1 ədəd vitrin tipli soyuducu;
13. 1 ədəd pivə aparatı. Həmin akt X3 və Cavabdeh oğlu tərəfindən imzalanmışdır. İddia tələbində göstərilən əmlaklardan 15.Aristonlar, 17. Peçlər, 18. Linonimlər, palazlar, 19.stol üçün klonkalar(ortük) icra məmuru tərəfindən tərtib olunmuş aktda göstərilməmişdir. İddiaçı X3 aktı imzaladıqda bu barədə öz etirazını qeyd etməmişdir. Cavabdeh ona məxsus obyektin Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən söküldüyü anda ona saxlanca verilmiş əmlakların obyektdə olması və söküntü zamanı məhv olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə tədqiq edilmiş sübutlarla cavabdehdə iddiaçıya məxsus olmuş və iddia tələbində 19 sırada göstərilmiş əmlakların 15,17,18,19-cu sıra nömrələri ilə göstərilən əmlaklar istisna olmaqla digərlərinin cavabdehdə qalması və iddiaçıya geri qaytarılmaması müəyyən edilmişdir. Azərğbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdehin nümayəndəsinin əmlakların saxlama müddətinin keçməsi ilə əlaqədar iddiaçının həmin əmlakları tələb edə bilməməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə həmin əmlakların sahibsiz elan edilməsi barədə də sübutlar təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, mübahisəli əmlakların mövcud olmaması müəyyən edildiyindən onların qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, həmin əmlakların iddia ərizəsində göstərilən qiymətləri şahid ifadələri ilə təsdiq edildiyindən həmin qiymətlər nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, həmin əmlaklar 2013-cü ildən 2017-ci ilin sonunadək, yəni 5 il ərzində (2013, 2014, 2015, 2016, 2017) istismarda olması nəzərə alınaraq həmin əmlakların (1-14, 16 sıra nömrəli) qiymətlərinin cəminə, yəni 6300 manat illik aşınma faizi tətbiq edilməli, qalıq məbləğ 3150 manat (6300*5il* 10 %) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumu ödəməkdən azad olduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq - 40,5 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə sasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 3150 (üç min yüz əlli) manat tutularaq X2 ödənilsin. Cavabdeh oğlundan 40,5 (qırx manat əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova