Məhkəmə qərarları › İş №2(004)-2124/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2124/2022

16.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2124/2022 16.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu –Ərizəçi MMC-nin Maraqlı şəxs MMM-ə qarşı “pul tələbinə dair” ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi MMC-nin Maraqlı şəxs MMM-ə qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə, Maraqlı şəxs MMM arasında bağlanmış 16.12.2021-ci il tarixli Barışıq Sazişinin məcburi qaydada icra edilməsi üçün təsdiq edilməsi və hüquqi yardıma görə çəkilən xərcə görə 300 (üç yüz) manat mediasiya prosesinin keçirilməsinə görə 400 (dörd yüz) manat və dövlət rüsumunun ödənilməsinə görə 100 (yüz) manat, cəmi 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin Maraqlı şəxs MMM-dən tutularaq, Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Bakı şəhər Yasamal rayon Məhkəməsinə 15.03.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddənin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edir ki, ərizəçi və maraqlı şəxs hər ikisi hüquqi şəxs olduğundan işin məhkəmə aidiyyəti qaydasına düzgün əməl olunmamışdır, yəni bu ərizəyə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalı olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi MMC-nin Maraqlı şəxs MMM-ə qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar