Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2135/2023 06.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar Ərizəçi iştirakı ilə, Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, tələbkar Ərizəçi və borclu X5 arasında aliment tutulmasına dair Bakı şəhəri 9 saylı Mediasiya Şurasında bağlanılmış xx.xx.2023-ci il tarixli MŞB/9/2023-00148 nömrəli barışıq sazişinin təsdiq edilməsini, xx.xx.2023-ci il tarixli MŞB/9/2023-00148 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsini, tərəflərin razılaşmasına əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artırıldığı təqdirdə, X4 alimenti artıraraq ödəməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbkar Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Borclu Maraqlı şəxs məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, borclu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Maraqlı şəxs iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tələbkar Ərizəçi və borclu X5 arasında aliment tutulmasına dair Bakı şəhəri 9 saylı Mediasiya Şurasında bağlanılmış xx.xx.2023-ci il tarixli MŞB/9/2023-00148 nömrəli barışıq sazişinin təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-585/2022 nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs ilə birgə nikahından doğulmuş övladı - xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1327/2021 nömrəli qətnaməsi əsasında cavabdeh Maraqlı şəxs hər ay sabit pul məbləğində tutulan 175 manat məbləğində alimentin həcmi artırılaraq 190 manat sabit pul məbləğində müəyyən edilmişdir. xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay sabit pul məbləğində 190 manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı Ərizəçi dənilməsi qət edilmişdir. Bakı şəhəri 9 saylı X3 Fatimə Ələkbər qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli MŞB/9/2023-00148 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmanın şərtlərinə əsasən Şərifov X1 Fatimə Ələkbər qızı ilə birgə nikahından doğulmuş övladı - xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay üçün 220 manat alimenti Ərizəçi ödəyəcəkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, Maraqlı şəxs bu artımı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir. Tələbkar borclunun barışıq sazişini könüllü icra etmədiyini əsas gətirərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını dəyişdirilməsi barədə tərəflərin Mediasiya Şurasında bağladıqları xx.xx.2023-cü il tarixli barışıq sazişini uşağın mənafeyinə uyğun olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, tələbkar Ərizəçi və borclu X5 arasında aliment tutulmasına dair Bakı şəhəri 9 saylı Mediasiya Şurasında bağlanılmış xx.xx.2023-ci il tarixli MŞB/9/2023-00148 nömrəli barışıq sazişi təsdiq edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-585/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 190 manat alimentin miqdarı dəyişdirilməli, xx.xx.2023-ci il tarixli MŞB/9/2023-00148 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 hər ay 220 manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Tərəflərin razılaşmasına əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artırıldığı təqdirdə, X5 alimentin ödənilməsini həmin qanunda göstərilən tarixdən başlayaraq yeni məbləğə uyğun olaraq artırmaqla Ərizəçi ödəməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 355- 23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tələbkar Ərizəçi və borclu X5 arasında aliment tutulmasına dair Bakı şəhəri 9 saylı Mediasiya Şurasında bağlanılmış xx.xx.2023-ci il tarixli MŞB/9/2023-00148 nömrəli barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-585/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 190 manat alimentin miqdarı dəyişdirilsin. xx.xx.2023-ci il tarixli MŞB/9/2023-00148 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Tərəflərin razılaşmasına əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artırıldığı təqdirdə, X5 alimentin ödənilməsini həmin qanunda göstərilən tarixdən başlayaraq yeni məbləğə uyğun olaraq artırmaqla Ərizəçi ödəsin. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2135/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2135/2023
06.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver