Məhkəmə qərarları › İş №2(004)-2141/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2141/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2141/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuş həyat X2nun xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2013-cü ildə 1134 saylı akt qeydinə əsasən Bakı nigah evinin, Səadət X1 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı vardır. X2 xx xxxx 1979-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Bildirmək istəyir ki, yoldaşı xx.xx.2021-ci il tarixdə gecə 03:30 radələrində yaşadıqları ünvanda qəfldən vəfat etmişdir. Bakı şəhəri Təcili və X4 Stansiyasına zəng olunmuş onlarda 03:31 radələrində yaşadıqları ünvana gəlmişlər, gəldiklərində yoldaşı artıq ev şəraitində vəfat etmişdir. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınmasında problem yaranmışdır. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısını alınması üçün zəruridir. Bu səbəbdən tərəfindən xx.xx.2021-ci il tarixdə həyat yoldaşının ölümün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə xx.xx.2021-ci il tarixli, 05/Q-469/15 saylı məktubla cavab verilərək "Azərbaycan Resbuplikası Nazirlər Kabineti"nin 145 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qayda"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçü xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, o, ərizəçinin qaynatası, mərhumun isə atasıdır. Neçə müddət idi oğlu xəstə idi, yataqda yatırdı və uzun müddət idi qida qəbul eləmirdi. xx.xx.2021-ci il tarixdə səhər saatlarında oğlunun vəfat etdiyinin şahidi olmuşdur. Bu barədə təcili tibbi yardıma zəng etmiş və məlumat vermişlər. Mərhumu Novxanı kənd qəbiristanlığında dəfn etmişlər. X3 xx.xx.2021ci il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edir. İş materiallarında olan Təcili və X4 Stansiyasının xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X.Mustafayev 127 ünvanında həkimə qədər X5 məxsus kişi cinsindən meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/Q-469/15 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan 19 saylı Şəhər Poliklinikasının məktubundan görünür ki, X3 ölümünə səbəb ola biləcək xəstəliklər barədə heç bir tibbi sənədin olmaması və təqdim edilməməsi səbəbindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Novxanı kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X8 həqiqətən də xx.xx.20201-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.20201-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar