Məhkəmə qərarları › İş №2(004)-2147/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2147/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2147/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, X1, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 22 yanvar 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş X8 30 avqust 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, onun atası X11 22 yanvar 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası ünvan 1 ünvanında yaşamışdır. Atası 30 avqust 2021-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Həmin tarixdə ölüm hadisəsi “Bakı şəhəri Təcili və X5 Stansiyası” X18nin briqadası tərəfindən təsdiq edilərək atasının ölümü haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Atası 31 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir. 16 saylı şəhər poliklinikası bir neçə səbəbi göstərməklə atasının ölümü haqqında şəhadətnaməni verməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən Maraqlı şəxs tərəfindən atasının ölümü haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bu imtinaya görə ölüm faktının müəyyən edilməsi məhkəmədənkənar qaydada mümkün deyildir. Atasının vəfat etməsi faktınən müəyyən edilməsi ona atasının ölümü ilə əlaqədar hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması və müvafiq hüquq məsələlərinin həll edilməsi üçün lazımdır. (vərəsəlik və s.) Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, 08138544 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 587474 saylı 03 mart 2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X11, anası X2. İş materiallarında olan Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01663 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, ünvan 1 ünvanına X8 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyidin aşkar olunduğu qeyd edilmişdir. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X18” 16 nömrəli şəhər poliklinikasının 03 mart 2023-cü il tarixli 148 saylı məktubuna əsasən X8 adına tibbi arayışın verilməsi üçün 3 gün müddətinə ərazi poliklinikasına müraciət edilmədiyinə, polklinikaya heç bir xəstəliklə müraciət olunmadığına, ölüm faktını sübut edən tibbi sənədlərin olmamasına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-S7xx/xx/2023 nömrəli məktubundan müəyyən olunur ki, X8 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, X10 aid məzar daşının üzərində xx.xx.2021-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirir ki, ərizəçi və mərhum X4 qonşusudur. Mərhum X11 öləndə onu da çağırmışlar. Təcili tibbi yardım maşını da gəlmişdi. O gələndə artıq ölmüşdü. Suala cavab olaraq bildirir ki, Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirir ki, ərizəçinin anası ilə rəfiqədir. Mərhum X11 rəfiqəsinin yoldaşıdır. Mərhum Vadim 2 ilə yaxındır ki vəfat edib. Suala cavab olaraq bildirir ki, onda olan məlumata görə mərhum ürək xəstəliyindən əziyyət çəkirdi. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1973-cü il təvəllüdlü X8 xx.xx.2021-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixində Bakı şəhərində anadan olmuş X8 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar