Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2149/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, X7 oğlunun katibliyi, Ərizəçi Barisovnanın iştirakı ilə, Ərizəçi Barisovnanın maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 və Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 3 nömrəli Şəhər Poliklinikası cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Barisovna maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 və Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 3 nömrəli Şəhər Poliklinikası cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, 03 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmiş mərhum əri X1 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs1nə və Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 3 nömrəli Şəhər Poliklinikasına lazımi qaydada məlumat verilsə də, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 və X3 ərizədə qeyd olunan xüsusatları təsdiq etməklə X1 qəfil ürək tutma nəticəsində 03 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsini və həmin gün Maştağa qəsəbəsi, "Məhəmmədbağır" qəbirstanlığında dəfn olunmasını məhkəmə bildirmişlər. İş materiallarında olan АZ-İ № 110055 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Ərizəçi Barisovna ilə X4 xx.xx.2004cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. İş materiallarında olan Bakı şəhər Təcili və X2 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 03 mart 2023-cü il tarixdə Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 30 ünvanında X1 meyiti aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X4 03 mart 2023-cü il tarixdə Maştağa qəsəbəsi "Məhəmmədbağır" qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına X1 dəfn yerinin şəkilləri əlavə olunmuşdur. İş materiallarında olan Bakı Şəhər Maraqlı şəxs1 tərəfindən Ərizəçi Barisovnaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun əri X1 ölüm səbəbi məlum olmadığından mərhuma "ölüm haqqında şəhadətnamə"nin verilməsi mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1966-cı il təvəllüdlü X1 03 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, xx.xx.1966-cı il təvəllüdlü X1 03 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi, iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Barisovnanın maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 və Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 3 nömrəli Şəhər Poliklinikası cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X1 03 mart 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2149/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2149/2023
23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver