Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2168/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, əmlakın dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının və pay almaqla payçılığa qəbul edilməsi barədə iclas protokolundan çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, əmlakın dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının və pay almaqla payçılığa qəbul edilməsi barədə iclas protokolundan çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 395.000 ABŞ dolları (100%) pay dəyəri tam ödənilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin 395.000 (üç yüz doxsan beş min) ABŞ dolları (100%) pay dəyərinin İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinə tam ödənilməsi barədə maliyyə arayışının və İddiaçı Mənzil Tikinti Kooperativindən pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2008-ci il tarixli iclas protokolundan çıxarışın verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxrılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı dəyəri 395.000 ABŞ dolları olan Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyriyaşayış sahəsini Cavabdeh Mənzil Tikinti Kooperativindən almışdır. İddiaçı müqavilə bağlanan gün xx.xx.2008-ci il tarixdə qeyri-yaşayış sahəsinin 100% pay dəyərini - 395.000 ABŞ dollarını Cavabdeh Mənzil Tikinti Kooperativinə ödəməsi müqavilənin 4.2-ci bəndində öz əksini tapmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MTK müxtəlif bəhanələrlə hazırkı vaxta kimi öhdəliyini yerinə yetirməmiş, müqavilədə göstərilən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün tələb olunan maliyyə arayışını və payçılığa qəbul edilmə barədə protokolundan çıxarışı İddiaçı verməmişdir. Nəticədə İddiaçı hüquqları pozulmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdarlıq edilmişdir, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı dəyəri 395.000 ABŞ dolları olan Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh Mənzil Tikinti Kooperativindən almışdır. İddiaçı müqavilə bağlanan gün xx.xx.2008-ci il tarixdə qeyri-yaşayış sahəsinin 100% pay dəyərini - 395.000 ABŞ dollarını Cavabdeh Mənzil Tikinti Kooperativinə ödəmişdir, bu müqavilənin 4.2-ci bəndi ilə təsdiq edilir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MTK hazırkı vaxta kimi öhdəliyini yerinə yetirməmiş, müqavilədə göstərilən və İddiaçı 100% pay dəyəri tam ödədiyi Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün tələb olunan maliyyə arayışını və payçılığa qəbul edilmə barədə protokolundan çıxarışı İddiaçı verməmişdir. İddiaçı qeyri yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı Cavabdeh MTK-ya şifahi və yazılı ərizə ilə müraciət etmişdir. Lakin Cavabdeh MTK hazırkı vaxta kimi müqavilə öhdəliyini yerinə yetirməmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəyyən edilir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi xx.xx.2004-cü il tarixdə AZ 1060, ünvan 1 ünvanda VÖEN ********** nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə reyestrdən çıxarış verilmişdir. MTKnın qanuni təmsilçisi X1r. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 395.000 ABŞ dolları (100%) pay dəyəri tam ödənilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin 395.000 ABŞ dolları (100%) pay dəyərinin İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə Cavabdeh MTK-ya tam ödənilməsi barədə maliyyə arayışının və İddiaçı MTK-dan pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2008-ci il tarixli iclas protokolundan çıxarışın verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 395.000 ABŞ dolları (100%) pay dəyəri tam ödənilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin 395.000 (üç yüz doxsan beş min) ABŞ dolları (100%) pay dəyərinin İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinə tam ödənilməsi barədə maliyyə arayışının və İddiaçı Mənzil Tikinti Kooperativindən pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2008-ci il tarixli iclas protokolundan çıxarışın verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2168/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2168/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver