Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2207/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 13.08.1964-cü il təvəllüdlü anası X3 15 yanvar 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X3 oğludur. Anası ünvan 1 ünvanında yaşamışdır. Anasının səhhətində yaranmış narahatçılıq səbəbindən o bir müddət idi ki, evdə müalicə alırdı. Lakin bunlara baxmayaraq 15.01.2022-ci il tarixdə həkim qəbulunda olmaq və həkimin təyin etdiyi qan analizlərini vermək üçün “Sağlam ailə” klinikasında olan zaman anasının səhhəti pisləşmişdir. Anasının səhhəti pisləşdiyi zaman klinikaya təcili tibbi yardım çağırılmış, lakin həkim gələnə kimi o artıq dünyasını dəyişmişdir. Təcili tibbi yardım stansiyasından həkim gələn zaman onlara yalnız 15.01.2022-ci il tarixli 0490 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. 16 saylı Şəhər Poliklinikasına ərizə ilə müraciət edərək X4 ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etsə də, lakin sonuncu yaşayış yeri üzrə poliklinikaya heç bir müraciətinin olmadığı və ölümün səbəbi aydın olmadığı üçün poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edir ki, mərhum anası 15.01.2022-ci il tarixində “Salyan rayon qəbristanlığında” dəfn edilmişdir. O, anasının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs təqdim etdiyi 10.02.2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ölümün qeydə alınması üçün zəruri sənədlər (“ölüm haqqında tibbi şəhadətnamə” olmaması səbəbi ilə) təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamış və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ərizəçi onun yoldaşının qardaşı, mərhum isə qaynanasıdır. Qaynanası korona xəstəliyinə tutulmuş, sonradan isə sağalmışdır. Bir müddət sonra ərizəçi anasını ölümündən bir gün qabaq səhhəti pisləşdiyi üçün təcili tibbi yardım ilə 1 saylı kliniki xəstəxanaya aparmış, həmin günü də, evə qayıtmışlar. 15.01.2022-ci il tarixdə isə Kamran və onun yoldaşı mərhumu yoxlanış üçün Sağlam Ailə klinikasına aparmış, o isə evdə uşaqlarla qalmışdır. Bir neçə saat sonra Kamran ona zəng edərək, təcili gəlməsini xahiş etmiş və o da həmin yerə getmişdir. O, sözü gedən ünvana çatdıqda isə X6 artıq vəfat etmişdir. Mərhum X1 rayon qəbirstanlığda dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. X3 15 yanvar 2022-ci il tarixdə ölməsi faktını təsdiq edir. İş materiallarında olan: Təcili və X5 Stansiyasının 15.01.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Yasamal r-nu, 500-cü məhəllə, H.Cavid 64 ünvanında 15.01.2022-ci il tarixində X4 məxsus meyid aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 10.02.2022-ci il tarixli, 05/0-396/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Salyan Rayon Salyan bələdiyyyəsinin 17.03.2022-ci il tarixli, 172 nömrəli arayışından görünür ki, X6 15.01.2022-ci il tarixdə Salyan şəhər qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 həqiqətən də 15.01.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.08.1964-cü il təvəllüdlü X3 15.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2207/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2207/2022
06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver