Məhkəmə qərarları › İş №2(004)-2220/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2220/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2220/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il təvəllüdlü mərhum anası X3 xx xxxxxx 2021-ci il tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixində Bakı şəhərində anadan olmuş və hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, ev 14, mənzil 30-da yaşayır. Mərhum onun anasıdır. Mərhum anası X5 xx.xx.1941-ci il tarixində Salyan şəhərində anadan olmuşdur. Mərhum anası xx xxxxxx 2021-ci il tarixində yaşadığı ünvan 1 ünvanında ev şəraitində ağciyər, bronxit və s. səbəbdən vəfat etmişdir. Hətta həkim çağırsalar da və həkimlər müəyyən ilkin yardım etsə də xeyri olmamış və vəfat etmişdir. Onu da qeyd edir ki, mərhum anası X5 xx xxxxxx 2021-ci il tarixində qohum qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Yasamal rayon qəbirstanlığında dəfn edilmişdir. Bir müddət sonra o, mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət görmüşdürlər. Hətta bundan əlavə olaraq şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər poloklinikasına da rəsmi müraciət etmişdir. Lakin onlarda şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməyini bildirmişdirlər. O isə bu səbəbdən mərhum anasının ölüm faktının müəyyən edilərək məhkəmə qərarı əsasında şəhadətnamə alınması üçün Yasamal rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.1941-ci il təvəllüdlü mərhum anası X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirdi ki, ərizəçi onun qaynanası, mərhum isə yoladışının nənəsidir. Mərhum xx.xx.2021-ci il tarixdə yaşadığı evdə ürək tutmasından ev şəraitində vəfat etmişdir. Bu səbəbdən də, Təcili və X8 Stansiyası çağırılmışdır. Daha sonra isə mərhum Yasamal rayonunda yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edir. İş materiallarında olan Təcili və X8 Stansiyasının xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X6 kəskin mikard infarktından həkim yanında ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/Q-384/15 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan 3 saylı Şəhər Poliklinikasının məktubundan görünür ki, X6 3 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olmasına baxmayaraq heç bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş, mərhumun hansı xəstəlikdən rəhmətə getməsi barədə məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan Yasamal rayon Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Salamova X1 yerləşən Daüstü 1 qəbiristanlığında xx.xx.2021-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 həqiqətən də xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1941-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar