Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2233/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi Ərizəçi iştirakı ilə, Ərizəçi X4 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X9 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X9 ilə Maraqlı şəxs arasında 9 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01481 Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs və X9 arasında 9 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01481 Barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişi mediator X5 tərəfindən təsdiq edilmişdir. Barışıq sazişinin mətninə əsasən tərəflər razılığa gəlmişdir ki, birgə nikahdan dünyaya gəlmiş X11 və X12 yetkinlik yaşına çatanadək ananın yanında saxlanılacaq. X11 və X12 hər həftənin şənbə və bazar günləri qalmaq şərtilə atası Maraqlı şəxs ilə görüşə və ünsiyyət yarada bilər. Maraqlı şəxs hər ay əmək haqqısının 1/3 miqdarını uşaqların saxlanılması üçün aliment olaraq anaya ödəyəcək. Tərəflər razılaşırlar ki, birgə nikahdan dünyaya gəlmiş X11 və X12 Azərbaycan Respublikasından kənara çıxarıla bilər. Bununla bağlı tərəflər müvafiq icazələrin və sənədlərin verilməsini öhdəsinə götürür. Barışıq sazişinin imzalanmasına baxmayaraq aliment tələbi ilə bağlı məhkəmə qərarı olmadığı üçün həmin qərarın məcburi icraya yönəldilməsi, cavabdehin rəsmi iş yerindəki aylıq gəlirlərindən tutularaq ərizəçiyə ödənilməsi mümkün deyildir. Cavabdeh tərəfindən isə aliment ödənişi stabil deyil dəyişkən məbləğdə ödənilir və həmin ödənilən məbləğ cavabdehin aylıq gəlirinin 1/3-dən az hissəsini təşkil etdiyi qənaətindədirlər. Ərizəçi X4 nümayəndəsi Ərizəçi dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək X9 ilə Maraqlı şəxs arasında 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024cü il tarixli MŞB/9/2024-01481 saylı Barışıq sazişinin 1.2 və 1.3 bəndlərinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X4 nümayəndəsi Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Tərəflər arasında 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/9/2024-01481 saylı Barışıq sazişinin şərtlərindən görünür ki, Tərəflər kimi çıxış edən Maraqlı şəxs və X9 aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1 Tərəflər arasında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək birinci tərəfin (Ananın) himayəsinə verilsin. 1.3 İkinci tərəf – birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay maaşın üçdə bir hissəsini aliment olaraq anaya ödəyəcək. 1.4 Tərəflər razılaşdılar ki, İkinci tərəf birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 ilə hər həftənin şənbə və bazar günləri gecə qalmaq şərtilə görüşə və ünsiyyət yarada bilər. 1.5 Tərəflər razılır verir ki, hər iki tərəf birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 ilə Azərbaycan Respublikasının hüdudlarından xaricə çıxa bilər. Bununla bağlı tərəflər müvafiq icazələrin və sənədlərin verilməsini öhdəsinə götürür. 1.6 Tərəflər öhdəsinə götürür ki, bir-birilərinə qarşı nikahdan əvvəl və birgə nikah dövründə əldə edilmiş mülk və qızıl-zinət əşyaları ilə bağlı indi və gələcəkdə heç bir tələbləri olmayacaq. 1.7 X9 öhdəsinə götürür ki, Maraqlı şəxs atasına məxsus Zahid Xəlilov 119 küçəsində yerləşən, mərtəbə 12, 58-ci mənzildən X6 məxsus şəxsi əşyalar xx.xx.2024-cü ilədək çıxarılacaq. 1.8 Notarial qaydada xx.xx.2024-cü ildə Maraqlı şəxs atasına məxsus Zahid Xəlilov 119 küçəsində yerləşən, mərtəbə 12, 58-ci mənzilin açarlarını X3 Ağamiri Səfi oğluna təhvil verəcək. 1.9 Maraqlı şəxs öhdəsinə götürür ki, xx.xx.2024-cü il tarixdə adına olan Yasamal rayonu, M.İbrahimov məhəlləsi 422, ev 53, 79-cu mənzil X6 bağışlanacaq, eyni zamanda Maraqlı şəxs qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ilə Maraqlı şəxs arasında 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/9/2024- 01481 saylı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilməlidir: 1.2-ci maddəsi Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək Birinci tərəfin (Ananın) himayəsinə verilsin. 1.3-cü maddəsi İkinci tərəf (Maraqlı şəxs) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay maaşın üçdə bir hissəsini aliment olaraq anaya ödəyəcək. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 ilə Maraqlı şəxs arasında 27 noyabr 2024-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək Birinci tərəfin (Ananın) himayəsinə verilsin. 1.3 İkinci tərəf (Maraqlı şəxs) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay maaşın üçdə bir hissəsini aliment olaraq anaya ödəyəcək. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2233/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2233/2025
06.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver