Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2266/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il təvəllüdlü X4 onun əridir. X4 xx.xx.2025-ci il tarixdə qəflətən ürək tutumasından ölmüşdür. X3 Masallı rayonu Köhnə Alvadı qəbiristanlığında dəfn etmişlər. Həyat yoldaşı hər hansı xəstəlikdən əziyyət çəkmirmiş və onun ölümü qəflətən baş vermişdir. Həyat yoldaşı öldükdən sonra onun qardaşı X6 ölüm haqqında şəhadətnamə almaq üçün sənəd işləri ilə məğul olmağa başlamışdır. Lakin həyat yoldaşının qeydiyyatı üzrə 39 nömrəli poliklinika ərinin hər hansı xəstəliklə bağlı poliklinikaya müraciət etməməsini və dispanser qeydiyyatına olmamasını əsas tututaraq ölüm haqqıda arayış verməkdən imtina etmişdir. X2 ürək tutuması baş verəndə təcili tibbi yardıma çağırış olunmuş, lakin təcili tibbi yardım gələnəıdək rəhmətə getmişdir. Təcili tibbi yardım mərkəzi tərəfindən həkimi qədər ölem haqqında arayış verilmişdir. Qeydiyyat Şöbəsinə ölüm haqqında Şəhadətnamənin verilməsi barədə müraciət etsə də imtina verilmişdir və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum həyat yoldaşı idi. O, 2-3 gün imiş ki, qrip imiş Həmin gün mərhumun halı birdən-birə pisləşmişdir. Oğlu Təcili tibbi yardım xidmətinə zəng etmişdir. Təcili tibbi yardım xidməti gələnədək mərhum artıq vəfat etmişdir. Mərhumun heç bir xəstəliyi olmamışdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bacısı X1 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan TTTY-nın xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 11.27-də çağırış əsasında ünvan 2 ünvana getmişlər, X4 həkimə qədər ölüm faktı müəyyən edilmiş, meyit üzərində gözlə görülən nahiyələrində zorakılıq əlamətləri qeyd edilmir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı şəhər Səhiyyə Mərkəzi” publik Hüquqi şəxsin 39 nömrəli şəhər poliknikasının X5 ünvanladığı xx.xx.2025-ci il tarixli 18-1-1-11/2-M-50-42-6/2025 - saylı məktubunda bildirmişdir ki, qardaşı X4 Y.Uasamal-1, D.Bünyadzadə 8, mənzil 3 ünvanında qeydiyyatda olmuş və Xırdalan şəhəri H.Əliyev prospekti Sərdarov № 1, ev 77 ünvanında yaşamış poliklinikaya jər hansı xəstəliklə bağlı müraciəti olmamış və dispanser qeydiyyatında olmamışdır. Odur ki, ölüm səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Köhnə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 38 nömrəli xx.xx.2025-ci il tarixli arayışından müəyəyn edilir ki, xx.xx.1969-cu il tarixdə Masallaı rayonu Köhnə Alvadı kəndində anadan olmuş mərhum X4 Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə 8, mənzil 3 qnvanında qeydiyyatda olmasına baxmayaraq xx.xx.2025-ci il tarixdə Masallı rayon Köhnə Alvadı kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AA0793338 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1969-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Masallı rayon VVADQ şöbəsi tərəfindən verilmiş İİ-AZ seriyalı 017310 nömrəli xx.xx.2002-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyəyn edilir ki, X4 ilə Ərizəçi Əsəddula qızı arasında xx.xx.2002-ci il tarixdə Masallı rayon VVADQ şöbəsində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 320 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Mirzəyev”, arvada “Əsgərova” soyadı verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun komendant olduğu binada yaşayır. Həmin gün səhər saatlarında ərizəçinin qaynı onu çağıraraq, Təcili tibbi yardım xidmətinə mənzilə qalxmağa kömək etməyi tapşırmışdır. Təcili tibbi yardım xidmətinin həkimləri ilə birlikdə mənzilə daxil olmuşdur. Təcili tibbi yardım xidmətinin həkimləri mərhumun artıq vəfat etdiyini bildirmişlər. Mərhumun cənazəsini görmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi anasıdır. Mərhum atası idi. Həmin gün səhər saatlarında anası onu oyadaraq, atasının halının pisləşdiyini bildirmişdir. Təcili tibbi yardım xidmətinə və əmisinə zəng etmi.dir. Təcili tibbi yardım xidmətinin həkimləri atasının artıq vəfat etdiyini bildirmişlər. Mərhum atası Masallı rayon Köhnə Alvadı kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin əri olmuşdur. xx.xx.2025-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin əri xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2266/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2266/2025
10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver