Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2339/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Maraqlı şəxs vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əsasən müəyyən olunur ki, ərizəçi sözügedən barışıq sazişi üzrə “birgə nikahdan doğulmuş övladları xx.xx.2010-cu il təvəlüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulması” şərtinin təsdiq edilməsini xahiş edir. İş materiallarında olan Maraqlı şəxs (Birinci tərəf) ilə Ərizəçi (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişindən görünür ki, xx.xx.2010-cu il təvəlüddlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 Lalə Bayram qızının himayəsinə verilir və xx.xx.2010-cu il təvəlüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-35/2-1866/2023 nömrəli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişinin şərtlərinə uyğun olaraq Kimotənin aparat rəhbəri Maraqlı şəxs aylıq əmək haqqı və digər gəlirlərindən 1/3 hissəni qanunvericiliklə nəzərdə tutulmuş qaydada alimentlərin ödənilməsi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən təmin edilir. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-8714 nömrəli məktubuna əsasən müəyyən edilir ki, Maraqlı şəxs aylıq əmək haqqı, müavinətləri və başqa gəlirləri (illik) 3079,34 (üç min yetmiş doqquz manat otuz dörd qəpik) manat təşkil edir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən sonuncu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə müraciət edərək xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişinin icrası ilə bağlı xx.xx.2023cü il tarixdən hesablanan aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsinin aliment olaraq hər ay əlavə etdiyi hesaba (Ərizəçi hesabına) köçürülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən ödəyici Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ******* saylı hesaba 2023-cü ilin yanvar ayı üçün hesablanan aliment məbləğinə münasibətdə Ərizəçi 905,40 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən ödəyici Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ******* saylı hesaba 2023-cü ilin fevral ayı üçün hesablanan aliment məbləğinə münasibətdə Ərizəçi 1029,82 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən ödəyici Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ******* saylı hesaba digər gəlirlərlə bağlı hesablanan aliment məbləğinə münasibətdə Ərizəçi 494,74 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən ödəyici Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ******* saylı hesaba 2023-cü ilin mart ayı üçün hesablanan aliment məbləğinə münasibətdə Ərizəçi 991,37 manat ödəniş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş ərizəçi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili Vəkil bildirmişdir ki, sazişin şərtləri maraqlı şəxs tərəfindən şərtsiz icra olunur, hər hansı yayın və ya gecikmə yoxdur. Qeyd olunan xüsusatları təsdiq edən müvafiq sübutları məhkəmə təqdim edir və ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişin 6-cı maddəsinə əsasən Sazış, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməmişdirsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra olunmalıdır. Həmin Sazişin 8-ci maddəsinə əsasən Sazişin könüllü icrasından imtina olunarsa Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Beləliklə müəyyən olunur ki, Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişini şərtləri Maraqlı şəxs tərəfindən tam formada icra edilmiş, sonuncu 2023-cü ilin yanvar-mart ayları üçün üzərinə düşən aliment öhdəliklərini müvafiq bank əməliyyatları vasitəsilə vaxtında icra etmişdir. Nəticədə, Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması xüsusatı öz təsdiqini tapmır. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişi “xx.xx.2010-cu il təvəlüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməsinə hüquqi əsas yoxdur. Bu səbəbdən ərizə təmin edilməməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2339/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2339/2023
14.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver