Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2361/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 MMC cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 MMC cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00163 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən sazişin şərtləri maraqlı şəxs tərəfindən icra edilməmişdir. Odur ki, sazişin məhkəmə qaydasında təsdiq edilməsi xahiş edilir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 MMC (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00163 nömrəli barışıq sazişindən görünür ki, 1. İkinci tərəf tərəf Paşayev X1 tərəf Ərizəçi 4000 (dörd min) manat ödəməyi öhdəsinə götürür. 2. İkinci tərəf tərəf Maraqlı şəxs1 4000 (dörd min) manat məbləği aprel ayının 10-dan başlayaraq 5 ay ərzində hər ay 800 (səkkiz yüz) manat olmaqla Birinci tərəf Ərizəçi **********444913 nömrəli LEO kart hesabına ödəməyi öhdəsinə götürür. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin könüllü icrasından Maraqlı şəxs1 tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs1 tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 MMC cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00163 nömrəli barışıq sazişi “1. İkinci tərəf tərəf Paşayev X1 tərəf Ərizəçi 4000 (dörd min) manat ödəməyi öhdəsinə götürür. 2. İkinci tərəf tərəf Maraqlı şəxs1 4000 (dörd min) manat məbləği aprel ayının 10-dan başlayaraq 5 ay ərzində hər ay 800 (səkkiz yüz) manat olmaqla Birinci tərəf Ərizəçi **********444913 nömrəli LEO kart hesabına ödəməyi öhdəsinə götürür.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 MMC cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 MMC cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00163 nömrəli barışıq sazişi “1. İkinci tərəf tərəf Paşayev X1 tərəf Ərizəçi 4000 (dörd min) manat ödəməyi öhdəsinə götürür. 2. İkinci tərəf tərəf Maraqlı şəxs1 4000 (dörd min) manat məbləği aprel ayının 10-dan başlayaraq 5 ay ərzində hər ay 800 (səkkiz yüz) manat olmaqla Birinci tərəf Ərizəçi **********444913 nömrəli LEO kart hesabına ödəməyi öhdəsinə götürür.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2361/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2361/2024
09.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver