Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-237/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X5 oğlunun katibliyi İddiaçı İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ofis və qonaq evinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılması və cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi 9 ünvanında yerləşən ofis və qonaq evindən kənar şəxslərin istifadəsinin qadağan olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla birgə fəaliyyət göstərən 3-cü şəxslərin otel və qonaq evində fəaliyyətinə qadağan qoyulmaqla, onların otel və qonaq evindən çıxarılması, daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən evin onun mülkiyyətində olmasına dair çıxarış, Yasamal rayonu, M.İbrahimov küçəsi 9 saylı ünvanda onun mülkiyyətində olan fərdi yaşayış evinin sökülüb yerində razılaşdırılmış eskiz layihəsinə müvafiq ofis və qonaq evinin tikintisinə icazə verilməsinə dair sərəncam və ünvan 2 ünvanda 4 mərtəbəli, 1 girişli ofis və qonaq evi binasının istismara qəbul edilməsinə dair onun adına olan akt mövcuddur. Onun hazırki iddiası Barata qarşı deyil, hal-hazırda oteli işlədən Şaiqə və bacısı oğlu Tehrana qarşıdır. Barat otelin işlədilməsini bu şəxslərə həvalə etmişdir. Faktik olaraq qonaq evini bu şəxslər işlədir, ordan onun tərəfindən gəlir götürülmür, mülkiyyətçi olaraq əmlakından istifadə edib sərbəst sərəncam verə bilmir. Bu səbəbdən də mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ofis və qonaq evindən kənar şəxslərin istifadəsinin qadağan olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla birgə fəaliyyət göstərən 3-cü şəxslərin otel və qonaq evində fəaliyyətinə qadağan qoyulmaqla, onların otel və qonaq evindən çıxarılması, daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən qonaq evinə yerli baxış keçirilən zaman Cavabdeh2 bildirmişdir ki, o qonaq evində inzibatçı vəzifəsində işləyir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ofis və qonaq evindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi zəruridir. Belə ki, qeyd edilən əmlakın iddiaçının mülkiyyətində olması iş materialları ilə sübuta yetirilmişdir. Əmlak iddiaçının mülkiyyətində olduğundan, cavabdehlər tərəfindən əmlakın iddiaçıya təhvil verilməməsi İddiaçı gözlənilən mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ofis və qonaq evindən kənar şəxslərin istifadəsinin qadağan olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla birgə fəaliyyət göstərən 3-cü şəxslərin otel və qonaq evində fəaliyyətinə qadağan qoyulmaqla, onların otel və qonaq evindən çıxarılması, daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə verdiyi izahatında bildirmişdir ki, məhkəmə tərəfindən ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli otelə tərəflərin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak sökülmüş və onun yerində Barat Abdullayev tərəfindən 4 mərtəbəli otel binası tikilmiş və hazırda Barat Abdullayev tərəfindən istifadə olunmaqdadır. Həmçinin müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh kimi adı göstərilmiş, Cavabdeh1 ümumiyyətlə həmin daşınmaz əmlaka heç bir aidiyyəti yoxdur. Belə olan halda iş üzrə cavabdeh birmənalı olaraq Barat Abdullayev ilə əvəz edilməli idi. Lakin iş üzrə iddiaçı buna razı olmayaraq, cavabdehlərin siyahısına oteldə işləyən adi işçi Cavabdeh2 əlavə etməklə (Cavabdeh1 saxlanılmaq şərti ilə), eyni iddia tələbi ilə çıxış etmişdir. İddiaçı Təyminə Abdullayeva eyni tələblə, eyni iddia predmeti ilə bağlı digər məhkəmənin icraatında iş olduğunu bilə-bilə formal cavabdehlərə qarşı məhkəmədə eyni iddia predmeti və eyni tələblə iddia qaldıraraq, işin düzgün həll edilməsinə aşkar surətdə maneçilik yaratmaqdadır. Həmin oteli Barat işlədir. Həmin otelə gedilsə, yenə də Batratın işçiləri ilə qarşılaşacaqlar. Bu səbəblə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan MA ******* seriya nömrəli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. 27.10.2009-cu il tarixdə qeydiyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti başçısının 12.02.2010-cu il tarixli 25№-li sərəncamına əsasən müəyyən olunur ki, Yasamal rayonu, İcra Hakimiyyətinə M.İbrahimov küçəsi 9 saylı fərdi yaşayış evinin mülkiyyətçisi (27.10.2009-cu il tarixli, №0006959 saylı çıxarış) X3 müraciət edərək, evin sökülüb yerində ofis və qonaq evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Qeyd olunan sərəncamla Yasamal rayonu, M.İbrahimov küçəsi 9 saylı ünvanda vətəndaş X1 mülkiyyətində olan fərdi yaşayış evinin sökülüb yerində razılaşdırılmış eskiz layihəsinə müvafiq ofis və qonaq evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktına əsasən müəyyən olunur ki, ünvan 2 ünvanda 4 mərtəbəli, 1 girişli ofis və qonaq evi binası istismara qəbul edilmişdir. Podratçı fiziki şəxs X3 ünvan 5 ünvanda 4 mərtəbəli (+mansarda) 1 girişli ofis qinaq evi binasını istismara qəbul edilmək üçün təqdim etdirlər. Obyektin tikintisi üçün torpaq sahəsi Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti başçısının 12.02.2010-cu il tarixli 25 saylı sərəncamı ilə ayrılmışdır. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən ofis və qonaq evində cavabdehlər Cavabdeh1, Cavabdeh2 fəaliyyətinə qadağa qoyulmalı və onlar qonaq evindən çıxarılmalı, daşınmaz əmlak boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, iş materialları ilə Bakı şəhəri, Yasamal rayon, M.İbrahimov 9 ünvanında yerləşən ofis və qonaq evinin İddiaçı məxsus olması, onun gözlənilən mülkiyyət hüququnun pozulması, qonaq evinin fəaliyyət göstərməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 həmin əmlaka qanunsuz olaraq sahiblik etmələri sübuta yetirilir. Otelin fəaliyyət göstərməsi məhkəmə tərəfindən yerli baxış zamanı da müəyyən edilmişdir. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi izahatında cavabdehlərin cavabdehlik daşımadığını bildirsə də, məhkəmə qeyd edir ki, mülkiyyət hüququ mütləq və toxunulmaz hüquqdur. Mülkiyyətçi Mülki Məcəllənin 5-ci bəndinə əsasən qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi mülkiyyətçi əmlaka dair başqa şəxslərin sahibliyinə yol verməyə də bilər. Mülkiyyətçi Mülki Məcəllənin tələbinə əsasən hətta, mülkiyyətdən məhrum etmə ilə bağlı olmayan hər hansı pozuntuya son qoymağı da, istənilən şəxsdən tələb edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində yalnız Cavabdeh1 və Cavabdeh2 cavabdehlər olaraq qeyd etdiyindən, həmçinin iddia tələbi kənar şəxslərə münasibətdə qeyridəqiq olduğundan, iddia tələbi ofis və qonaq evindən kənar şəxslərin istifadəsinin qadağan olunması, cavabdehlərlə birlikdə fəaliyyət göstərən 3-cü şəxslərin otel və qonaq evində fəaliyyətinə qadağan qoyulmaqla, onların otel və qonaq evindən çıxarılması hissəsində əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddənin 5-ci bəndinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən ofis və qonaq evində cavabdehlər Cavabdeh1, Cavabdeh2 fəaliyyətinə qadağa qoyulsun və onlar qonaq evindən çıxarılsın, daşınmaz əmlak boşaldılaraq İddiaçı təhvil verilsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-237/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-237/2022
11.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver