Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2376/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi Rafiq qızının iştirakı ilə, Ərizəçi Rafiq qızının “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rafiq qızı ərizə ilə məhkəməyə müraciət edərək, 14.10.1959-cu il təvəllüdlü mərhum atası X2 09.03.2022-ci il tarixində Bakı şəhər Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 1/2 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı il tarixində Salyan şəhərində anadan olmuş və hal-hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 1/2-də yaşayır. Mərhum onun atasıdır. Mərhum atası X5 14.10.1959-cu il tarixində Salyan şəhərində anadan olmuşdur. Mərhum atası 09 mart 2022-ci il tarixində yaşadığı Bakı şəhər Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 1/2 ünvanında ev şəraitində xəstəliyi ilə əlaqədar səhhəti pisləşmiş və nəticədə vəfat etmişdir. Hətta həkim çağırmış və onlar gələnə kimi mərhum artıq vəfat etmişdir. Onu da qeyd edir ki. mərhum atası X3 09 mart 2022-ci il tarixində qohum qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Salyan şəhər qəbristanlığında dəfn etmişlər. Bir müddət sonra o mərhum atasının adına olan əmlakla bağlı notariat orqanına müraciət etmək istədi, lakin ondan mərhum atasının ölüm haqqında şəhadətnaməsini istədilər. O isə bu səbəbdən mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etdim və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət gördülər. Hətta bundan əlavə olaraq ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün “Bakı Baş Səhiyyə Mərkəzinin 2 nömrəli şəhər poloklinikasına da rəsmi müraciət etmişdir. Lakin onlar da ölüm haqqında tibbi şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməyini bildirdilər. Bu səbəbdən mərhum atasının ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə müraciət etməli oldu. Məhkəmə iclasında Ərizəçi Rafiq qızı ərizənin məzmununa uyğun izahat verərək, 14.10.1959-cu il təvəllüdlü X2 09.03.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi atası ilə bağlı olan sənədləşmə işlərinin aparılması ilə bağlıdır. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AA ******* saylı şəxsiyyət vəsiqəsi üzrə X5 14.10.1959-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli, 05/76-984/15 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. Bakı şəhəri Təcili və X9 Stansiyasının 09.03.2022-ci il tarixli Arayışından görünür ki, 09.03.2022-ci il tarixdə saat 12:20 dəqiqədə Bakı şəhər Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 1/2 ünvanında çağırış olmuşdur. Çağırış yerinə gələn briqada ünvanda həkimə qədər ölmüş kişi cinsli meyit aşkar etmişdir. Bakı Baş Səhiyyə Mərkəzinin 2 nömrəli şəhər poloklinikası tərəfindən verilmiş 09.07.2018-ci il tarixli Arayışın surətindən görünür ki, Bakı şəhər Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 1/2 ünvanında qeydiyyatda olan 1959-cu il təvəllüdlü mərhum X2 adına 2 nömrəli Şəhər Poliklinikasında hər hansı bir xəstəlik müraciəti olmamış və mərhumun adına ambulator karta açılmadığını nəzərə alaraq ölüm haqqında hər hansı bir arayış verilməsi imkan xaricindədir. İş materiallarında olan Salyan rayonu Salyan Bələdiyyəsi tərəfindən verilmiş Arayışın surətindən görünür ki, X5 09.03.2022-ci il tarixdə vəfat etmiş və Salyan şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X2 14.10.1959-cu ildə doğulduğu, 09.03.2022-ci ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan 21.01.1991-ci il tarixdə verilmiş XV-ЖГ seriyalı 285151 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Rafiq qızı xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, atası X5, anası X4r, bu barədə doğum haqqında akt qeydləri kitabında 21.01.1991-ci il tarixdə 52 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 (şəxsiyyət vəsiqəsi AZE № ********) ifadə verərək bildirdi ki, mərhum X5 onun baldızın əri olmuşdur. Mərhumla bir həyətdə yaşamışlar. Mərhum 09 mart 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 (şəxsiyyət vəsiqəsi AZE № ********) ifadə verərək bildirdi ki, mərhum X5 onun bibisinin əri olmuşdur. Mərhum 09.03.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin atası olmuşdur. 09.03.2022-ci il tarixdə vəfat etmişdir. X1 şəhər qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası X2 09.03.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.10.1959-cu ildə doğulmuş X2 09.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2376/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2376/2022
05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver