Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2404/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/13-00287 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə olan nikah 2020-ci il tarixdə pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs birgə nikah dövründə dünyaya gələn xx.xx.2019-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində alimentin tutulması qət edilmişdir. Alimentin artırılması ilə bağlı xx.xx.2023-cü il tarixli Bakı 13 saylı Mediasiya Təşkilatının barışıq sazişinə əsasən Maraqlı şəxs tutulan alimentin məbləği hər ay hər uşaq üçün 220 manat olmaqla, ümimilikdə 440 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3936/2019 saylı qətnaməsinə əsasən Maraqlı şəxs xx.xx.2019-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində alimentin tutularaq iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış Bakı 13 saylı mediasiya təşkilatının mediatoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MSB/13-00287 saylı barışıq sazişindən görünür ki, tərəflər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3936/2019 saylı qətnaməsinə əsasən müəyyən edilən xx.xx.2019-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin məbləği hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manata qaldırılması və alimentin ödənilməsi 2023-cü ilin yanvar ayının1-dən başlayaraq hesablanmasına dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/13-00287 saylı barışıq sazişinin təsdiq edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs xx.xx.2019-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 manat aliment tutularaq, Ərizəçi ödənilməli və alimentin tutulmasının başlanğıcı 01 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/13-00287 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2404/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2404/2023
25.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver