Məhkəmə qərarları › İş №2(004)-2424/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2424/2021

13.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2424/2021 13.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx xxxxxxxx 1938-ci il təvəllüdlü XXX İsrafil Cəbrayıl oğlunun xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 17.01,1977-ci ildə Abşeron rayonunda anadan olmuşdur. Atası ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. Bildirir ki, atası heç bir xəstəlikdən əziyyət çəkmirdi. Sadəcə olaraq axır vaxtlar halsız idi. xx.xx.2020-ci il tarixdə atasını Ege Hospitala aparmışdır. Orda müəyyən olundu ki, atası coviddir və məsləhət gördülər ki, Yeni Klinaya aparsınlar. Daha sonra, Təcili və X8 atasını Yeni Klinikaya apardı. Lakin ora çatana kimi artıq atası dünyasını dəyişmişdi. Atası Qobu kənd qəbristanlığında dəfn edildi. Atasının ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən də, tərəfindən xx.xx.2021-ci il tarixdə atasının ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət. edilmişdir. Müraciətinə xx.xx.2021-ci il tarixli, 05/Q-594/15 saylı məktubla cavab verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5ci bəndində əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Həmçinin, Bakı Şəhəri Maraqlı şəxs tərəfindən ona ünvanlanmış imtina məktubunda qeyd edildiyi kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümü qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx xxxxxxxx 1938-ci il təvəllüdlü XXX İsrafil Cəbrayıl oğlunun xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci ildə Abşeron rayonu, Qobu kəndində anadan olmuş Ərizəçi Bakı şəhəri, Y.Yasamal-2, ev 2, m 155 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 03466853 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1938-ci ildə Bakı şəhərində anadan olmuş XXX İsrafil ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 916434 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Abşeron rayonu, Qobu kəndində anadan olmuş, atası İsrafil Cəbrayıl oğlu, anası X4r, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X14 həkimi Ruslan Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli “döş qəfəsinin KT müayinəsinin” nəticələrindən görünür ki, XXX İsrafil Cəbrayıl oğlunun sağ ağciyəri diffiz şəkildə, sol ağciyəri tama yaxın əhatə edən retikulyar qalınlaşmalar və diffuz “buzlu şüşə” sahələri (Klinik və laborator müayinələrlə birlikdə dəyərləndirilməsi məsləhətdir. Sağ ağciyər tutulumu təxminən 90 %, sol ağciyər tutulumu 70-80 % təşkil edir). Hər iki ağciyərin yuxarı payında böyüyü 15 mm ölçüdə subplevral və intraparenximal yerləşimli buzlar, Sol ürək boşluqlarında böyümə müşahidə edilir. İş materiallarına əlavə edilmiş X18 Hüquqi Şəxsin qəbul şöbəsinin həkimi Əsədova Təranə, həkim reanimatoloq Yulyandri, qəbul şöbəsinin qeydiyyatçıları Abdullazadə Ülvi və Babayeva Nurcahan, tibb qardaşı Ağayev Samir tərəfindən imza edilərək tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü XXX İsrafil Cəbrayıl oğlu xx.xx.2020-ci il tarixdə saat 16:35 radələrində təcili tibbi yardım vasitəsi ilə kliniki ölüm vəziyyətində yeni klinikaya gətirilmişdir. Xəstəyə tibbi baxış zamanı dəri örtükləri tünd göy rəngində göz bəbəkləri genişlənmiş işığa reaksiya yoxdur, yuxu arteriyası üzərində nəbz əllənmir, ürək tonları eşidilmirdi. Xəstəyə dərhal CPR başlandı, ürəyin qapalı massajı, ambu vasitəsi ilə ağ ciyərlərin süni ventilyasiyası aparıldı. Vena daxilinə 0,18 % -5 ml, atropin 0,1%-4 ml vuruldu. 30 dəqiqə ərzində aparılan reanimasiyon tədbirlər effektsiz oldu və 17:05 radələrində bioloji ölüm qeydə alındı. İş materiallarına əlavə edilmiş ”Məhkəmə-tibbi Ekspertiza və X12” X19 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışda göstərilir ki, xx.xx.2020-ci il tarixdə Birliyin Nəsimi rayon Şöbəsinin meyitxanasına gətirilmiş 1938-ci il təvəllüdlü İsrafil Cəbrayıl oğlunun meyiti xx.xx.2020-ci il tarixdə dəfn olunmasına icazə verilərək qohumlarına təhvil verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 05/76-594/15 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərinə qeydlərin nömrəsi, ölümü qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Müvafiq qanunvericiliyin tələblərinə əsasən İsrafil Cəbrayıl oğlunun ölümünün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, mərhumun bacısıdır. X1 Rusiya Federasiyasında 1999-cu il tarixdə vəfat etmişdir. Sonradan onun nəşi Şamaxı rayonunun Qaleybuğurd kəndinə gətirilmiş və orada dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, mərhumun oğlu Ərizəçi iş yoldaşıdır. Mərhum XXX İsrafil Cəbrayıl oğlu Bakı şəhərində xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, Abşeron rayonu Qobu kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Ərizəçi həm yaxın dostu, həm də iş yoldaşıdır. Mərhum XXX İsrafil Cəbrayıl oğlu Bakı şəhərində xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, XXX İsrafil Cəbrayıl oğlu ərizəçinin atası olmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. XXX İsrafil Cəbrayıl oğlu Abşeron rayonu, Qobu kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası XXX İsrafil Cəbrayıl oğlunun xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1938-ci il təvəllüdlü XXX İsrafil Cəbrayıl oğlunun xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar