Məhkəmə qərarları › İş №2(004)-2427/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2427/2025

19.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2427/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs Cavabdeh) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs Cavabdeh) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli,MŞB/20/2025-00137 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Cavabdeh arasında 20 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00137 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişi mediator X3 tərəfindən təsdiq edilmişdir. Barışıq sazişinin mətninə əsasən tərəflər razılığa gəlmişdir ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi 600 manat ( altı yüz) aliment ödəməyi öz öhdəsinə götürür. Aliment məbləği hər ayın 1-dən 5dək, 2025-ci ilin mart ayından başlayaraq Ərizəçi təqdim etdiyi bank hesabına ödəməyi öz öhdəsinə götürür. Barışıq sazişinin imzalanmasına baxmayaraq aliment tələbi ilə bağlı hissədə icrası mümkün olmamışdır. Belə ki, alimentlə bağlı məhkəmə qərarı olmadığı üçün həmin qərarın məcburi icraya yönləndirilməsi, cavabdehin rəsmi iş yerindəki aylıq gəlirlərindən tutularaq ərizəçiyə ödənilməsi mümkün deyildir.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00137 nömrəli barışıq sazişinə əsasən:

1. Tərəf 1 (Ərizəçi) və Tərəf 2 (Cavabdeh) öz aralarında AZ-İ 724529, 42 nömrəli nikah aktlarını pozmadan,alimentin verilməsi ilə bağlı razılığa gəlirlər.

2. Tərəf 2 (Cavabdeh), Tərəf 1 (Ərizəçi) ilə birgə nikahdan doğulmuş övladı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tərəf 1 (Ərizəçi)-ə 600 AZN (altı yüz) aliment ödəməyi öz öhdəsinə götürür.

3. Tərəf 2 (Cavabdeh) aliment məbləğini hər ayın 1-dən 5-dək, 2025-ci ilin mart ayından başlayaraq Tərəf 1 (Ərizəçi)-nın təqdim etdiyi bank hesabına(kart nömrəsinə) ödəməyi öz öhdəsinə götürür.

4. Sazişin 6-cı bəndinə əsasən əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Məhkəmə tərəflərin izahatını dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

13. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

14. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Tərəf 1 (Ərizəçi) və Tərəf 2 (Cavabdeh) öz aralarında AZ-İ 724529, 42 nömrəli nikah aktlarını pozmadan,alimentin verilməsi ilə bağlı razılığa gəlirlər.

2. Tərəf 2 (Cavabdeh), Tərəf 1 (Ərizəçi) ilə birgə nikahdan doğulmuş övladı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tərəf 1 (Ərizəçi)-ə 600 AZN (altı yüz) aliment ödəməyi öz öhdəsinə götürür.

3. Tərəf 2 (Cavabdeh) aliment məbləğini hər ayın 1-dən 5-dək,2025-ci ilin mart ayından başlayaraq Tərəf 1 (Ərizəçi)-nın təqdim etdiyi bank hesabına (kart nömrəsinə) ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar