Məhkəmə qərarları › İş №2(004)-2428/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2428/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2428/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası - xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası -xx.xx.1949-cu il təvəllüdlü X4 15 sart 2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhər Təcili və X6 Stansiyasının 16 saylı bölməsi tərəfindən təqdim edilmiş, 15 mart 2024-cü il tarixli, 0198 nömrəli xəbərdarlıq vərəqəsinə əsasən xəstə - X2 yanına 15 mart 2024-cü il tarixdə, saat 05:05-də gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, qadın cinsli meyit qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən təqdim edilmiş, 29 mart 2024-cü il tarixli 3-16-5/7-15-1156/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirlər kabinetinin 145 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildiririk ki, siz ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölümün qeydə alınması imkanımız xaricindədir. Aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. TƏBİB PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 3 nömrəli şəhər poliklinikası tərəfindən təqdim edilmiş 30 mart 2024-cü il tarixli, 18-1-1-1/2-H-486-xx-xx/2024 nömrəli məktubda qeyd edilmişdir ki, ananız xx.xx.1949-cu il təvəllüdlü X2 ölüm səbəbi məlum olmadığından Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 N°-li qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə"nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəfimizdən mərhumun adına "Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil. Abşeron rayon Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli, 10 nömrəli arayışda qeyd edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə Fatmayı kənd . qəbiristanlığında dəfn olunmuşdur. Yuxarıda qeyd etdiklərindən də görünür ki, mərhum anası vəfat etmiş, dəfn olunmuş lakin ölümün səbəbi göstərilmədiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş və dolayısı ilə də ölüm faktı qeydə alına bilinməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Bu sənəd gələcəkdə bir çox ortaya çıxacaq hüquqi məsələlərin həllində gərəkli olacaqdır. Ölüm haqqında şəhadətnamənin başqa şəkildə tərəfindən alınması isə qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, anası atası və bibisi ilə birlikdə yaşamışdır. Bağ evində olarkən səhər saatlarında anasının halı pisləşib. Özü də orada olmuşdur. Lakin anası öləndən sonra xəbər tutmuşdur. Anası Fatmayı qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun qəbir daşı yoxdur. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyasının 16 saylı bölməsi tərəfindən təqdim edilmiş, 15 mart 2024-cü il tarixli, 0198 nömrəli xəbərdarlıq vərəqəsinə əsasən xəstə - X2 yanına 15 mart 2024-cü il tarixdə, saat 05:05-də gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, qadın cinsli meyit qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən təqdim edilmiş, 29 mart 2024cü il tarixli 3-16-5/7-15-1156/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirlər kabinetinin 145 saylı, xx.xx.2023-cii il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildiririk ki, siz ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölümün qeydə alınması imkanımız xaricindədir. Aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. İş materiallarında olan TƏBİB PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 3 nömrəli şəhər poliklinikası tərəfindən təqdim edilmiş 30 mart 2024-cü il tarixli, 18-1-1-1/2-H-486-xx-xx/2024 nömrəli məktubda qeyd edilmişdir ki, ananız xx.xx.1949-cu il təvəllüdlü X2 ölüm səbəbi məlum olmadığından Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 N°-li qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə"nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəfimizdən mərhumun adına "Ölüm haqqında tibbi şəhadətnamə ” verilməsi mümkün deyil. İş materiallarında olan Abşeron rayon Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli, 10 nömrəli arayışda qeyd edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə Fatmayı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 281795 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, Ərizəçi qardaşının qızıdır. Həmin gün səhər saatlarında qardaşı ona zəng vurmuş və həyat yoldaşının vəfat etdiyini bildirmişdir. Onlar Fatmayı kəndində bağda olmuşlar. O, oraya gələndə Təcili Tibbi yardım artıq gəlmişdi. Mərhum həmin gün Fatmayı qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun dəfnində, yas mərasimlərində iştirak etmişdir. mərhum psixoz, təzyiq xəstəsi olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi bibisi qızıdır. Mərhum isə bibisidir. Səhər saatlarında ona mərhumun vəfat etdiyi bildirilmişdir. Mərhumun cənazəsinin məscidə aparılmasında özü də iştirak etmişdir. Mərhum həmin gün Fatmayı qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Mərhum hepatit, təzyiq xəstəsi olmuş, həmçinin ürək çatışmamazlığından əziyyət çəkmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin anası olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin anasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin anası xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar