Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2433/2020 19.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, onun əri - xx.xx.1963-cü təvəllüdlü Laçın şəhərində doğulmuş X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, mərhum xx.xx.1963-cü il təvəllüdlü X7 onun əridir. X7xx.xx.2015-xx.xx.2015-ci ilə kimi “hipertoniya xəstəliyi İİ mərhələ, beyinin xroniki işemiyalı serebral ateroskleroz” xəstəliyindən X11 müalicə olunmuş, lakin sağalması mümkün olmamışdır. xx.xx.2015-ci il tarixdə saat 15:00 radələrində ərinin vəziyyəti pis olduğuna görə xəstəxanadan çıxarıb evə aparmışlar. Həmin gün saat 17:30-da evdə vəfat etmişdir. Həmin vaxt təcili yardım çağırılmış və Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verılmiş, xəbərdarlıq vərəqində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunması göstərilmişdir. X1 qəsəbə qəbristanlığında dəfn edilmişdir. O, ərinə ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Laçın rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş №13/2-717- 01 nömrəli arayışın surətindən müəyyən edilir ki, X7 ilə X8 xx.xx.1986-cı il tarixdə 86 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Nikah bağlanandan sonra arvada Zeynalova soyadı verilmişdir. Bakı Baş Səhiyyə X10 Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli epikrizdən müəyyən edilir ki, X6 “UİX Qeyri-stabil stenikardiya” əsas diaqnozu qoyulmuşdur. Yanaşı gedən xəstəliyi - “hipertoniya xəstəliyi İİ mərhələ, beyinin xroniki işemiyalı serebral ateroskleroz” xəstəliyindən xx.xx.2015-28.02.215-ci il tarixə kimi X11 müalicə olunmuş, xx.xx.2015-ci il tarixdə saat 15:00 radələrində növbətçi həkimə məlumat verilmədən X9 qohumları tərəfindən xəstəxanadan çıxarılaraq evə aparılmışdır. Bakı şəhəri Təcili və X5 Stansiyasının 4 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi xx.xx.2015-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, 4 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimləri xx.xx.2015-ci il tarixdə saat 17:30-da ünvan 1 ünvana gəldikdə 1963-cü il təvəllüdlü X4 öldüyünü müəyyən etmişlər və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunduğunu qeyd etmişlər. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 5/76-1550/15 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, X3 ölümü haqqında tibb müəsisəsinin sənədi olmadığından, ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığagötürmənin, nikahın, boşanmanın, ölümünqeydedilməfaktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1963-cü ildə Laçın şəhərində doğulmuş X7 Ərizəçi əridir. X7 xx.xx.2015ci il tarixdə saat 17:30-da yaşadığı ünvan 2 ünvanda vəfat etmişdir. Mərhum X1 qəsəbə qəbristanlığında dəfn olunub. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçi laaçın rayonundan məcburi köçkün olduğuna görə dövlət rüsumu ödəməkdən azaddır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Laçın rayonunda doğulmuş X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2433/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2433/2020
19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver