Məhkəmə qərarları › İş №2(004)-2446/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2446/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2446/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN Xidmət” X6 cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN Xidmət” X6 cəlb edilməklə xüsusi icraat qaydasında “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1960-cı il təvəllüdlü atası X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1960-cı il təvəllüdlü atası X8 onun atasıdır. Mərhum atası xx.xx.2022-ci il tarixində səhhətində olan nasazlıqdan vəfat etmişdir və 08 sentyabr 2022-ci il tarixində qohum və tanışların iştirakı ilə Zabrat Qəbristanlığında dəfn olunmuşdur. Qısa bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 16 nömrəli şəhər poliklinikasına rəsmi müraciət etmiş, lakin şəhadətnamənin verilməsinin mümkün olmadığını və məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahid X5 ifadəsində bildirmişdir ki, onlar ərizəçi ilə eyni həyətdə yaşayırlar. Hadisə baş verən vaxt evdə olmuş və birdən həyətdən səs-küy eşitmişdir. Onu çağırmışlar ki, Yusifin halı pisləşmişdir. O gələndə üzü üstə uzanmışdı. Çevirəndə görmüşdür ki, ağzından köpük gəlir. X12 zəng etmişlər. Onlar mərhumla yeznəqayındırlar. Mərhumun səhhətində nasazlıqlar olmuşdur. Dəfndə iştirak etmişdir. Mərhum 07 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində bildirmişdir ki, Sadıqov Yusifin anasıdır. Ərizəçi onun nəvəsidir. X15 xəstə olmuşdur. 2 dəfə xəstəxanada yatmışdır. Danışığında da problemlər yaranmışdı. Hadisə baş verən gün vəziyyəti pisləşmiş, onlar X12 zəng vurmuşlar, X13 gec gəlmişdir. Mərhumu yerə uzatmış, üzünə su vurmuşlar. Həmin vaxt artıq vəfat etmişdi. Oğlu 07 sentyabr 2022-ci il tarixdə vəfat edib. 3 saylı Bakı “ASAN Xidmət” X6 məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddiaçının tələbinə heç bir etirazlarının olmamasını bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan AZE 14467007 seriya nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1960-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. İş materiallarında olan tərəfindən 3 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən Sadıqova Gülmirə qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-3436/15 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X4 ölümünün qeydə alınması barədə müraciətə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi 16 saylı şəhər poliklinikasının X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.1960-cı il təvəllüdlü X4 ölüm haqqında tibbi şəhadətnamənin verilməməsinin səbəbi poliklinikaya heç bir müraciətinin olmamasıdır. İş materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyasının 8 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhər Təcili və X3 Stansiyasının 8 saylı bölməsi tərkibinə xx.xx.2022-ci il tarixdə, saat 20:30-da Bakı şəhəri, ünvan 4 ünvanına olan X8 üçün çağırış edilmiş və şəxsin həmin ünvanda ölməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar