Məhkəmə qərarları › İş №2(004)-2472/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2472/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2472/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X11 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 yanvar 1991-ci il tarixində anadan olmuş X4 17 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 26 yanvar 1987-ci ildə X3 ilə ailə qurmuşdur. 1991-ci ilin 25 yanvarında oğlu X7 anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə X2 23:00 radələrində yaşadığı mənzildə vəfat etmişdir. Həmin vaxt təcili tibbi yardım çağırmışlar və onlar gəlib müəyyən etdilər ki, o , artıq vəfat etmişdir. X4 ölməsi ilə bağlı müvafiq sənədi maraqlı şəxsə təqdim etsə də, Xəzər barədə ölüm haqqında şəhadətnaməsini ala bilmədiklərinə görə mirasla bağlı vərəsəlik hüququna dair şəhadətnamə ala bilmirlər. Ona görə də X4 ölməsi faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ailə üzvləri ilə evdə idilər. O, mətbəxdə qızı ilə bayram hazırlıqları görərkən oğlu Xəzərin olduğu otaqdan guppultu səs eşitmişdir. Qızı ilə otağa daxil olan zaman oğlunun yerdə uzanıqlı vəziyyətdə görmüşdülər. Dərhal təcili tibbi yardım çağırmışdılar. Lakin həkim gələnə kimi oğlu artıq keçinmişdir. Həkimin deməsinə görə ölüm səbəbi qanında trombun əmələ gəlməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasi Təcili və X6 Stansiyasının 19 saylı bölməsinin “ölüm haqqında xəbərdarlıq” sorğusundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanına X4 adına çağırış daxil olmuş, 22:20-də xəstənin yanına gəlmə vaxtı qeyd olunmuş, çağırışı 19 saylı bölmənin həkimi Musayeva Nigar yerinə yetirmişdir. Kişi cinsli meyid aşkar olunmuş, ölümün ilkin səbəbi həkiməqədər ölüm olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-16-5-/8-15- 1324/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. Abşeron rayonu Saray Bələdiyyəsinin 08 aprel 2024-cü il tarixli 05/138 saylı arayışından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 25 yanvar 1991-ci il tarixində Bakı şəhərində anadan olmuş X4 17 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 yanvar 1991-ci il tarixində Bakı şəhərində anadan olmuş X4 17 mart 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar