Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2481/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X4 maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 08.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 14.02.1957-ci il təvəllüdlü X3 08.03.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X4 10.05.2022-ci il tarixli məhkəmə iclasında ərizə verərək ərizəçinin Ərizəçi ilə, maraqlı şəxsin isə Maraqlı şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, 14.02.1957-ci il təvəllüdlü X5 onun qardaşıdır. Mərhum qardaşı 14.02.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. O, 08.03.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 aprel döngəsi 2, 7 saylı evdə vəfat etmişdir. Ölüm səbəbi isə beyin qansızması olmuşdur. Ölümündən sonra isə X6 xidmətinin əməkdaşları gəlsə də, onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişlər. Mərhum 08.03.2022-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dəqə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Ölüm faktının qeydə alınması üçün Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etsələr də, ölüm haqqında həkim şəhadətnaməsini təqdim edə bilmədiyindən ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda müvafiq sənədləşmə işlərinin aparılması üçün mərhum X3 ölüm faktının təsdiq edilməsi və bunun əsasında ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Suala cavab olaraq bildirir ki, mərhumun ailəsi olmamışdır. Ölüm faktının müəyyən edilməsi mərhum barəsində ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin 17.03.2022-ci il tarixli 05/Q-483/75 nömrəli məktubundan müəyyən olunur ki, X3 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Təcili və X2 Stansiyası tərəfindən verilmiş 08.03.2022-ci il tarixli, 12/54 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 aprel döngəsi 2, 7 saylı evə X3 adına çağırış daxil olmuş, 65 yaşlı X3 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən verilmiş 29.03.2022-ci il tarixli, 145 saylı arayışa əsasən müəyyən olunur ki, X5 08.03.2022-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 5 saylı şəhər poliklinikasının 10.03.2022-ci il tarixli, 119 nömrəli məktubunda qeyd olunur ki, 14.02.1957-ci il təvəllüdlü X5 08.03.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum şəxs uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölüm səbəbi aydın deyildir. Bu səbəbdən X5 üçün ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, mərhum onun dayısıdır. O, xəstə idi. Onu xəstəxanaya aparmaq istəmiş, hətta bir dəfə həkim də çağırmışlar. Onun vəziyyəti yaxşı olmamışdır. Mərhum onların bağ evində vəfat etmişdir. Suala cavab olaraq bildirir ki, mərhum bağ evində səhər vaxtı vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 14.02.1957-ci il təvəllüdlü X3 08.03.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.02.1957-ci il təvəllüdlü X3 08.03.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2481/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2481/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver