Məhkəmə qərarları › İş №2(004)-2499/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2499/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2499/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X11, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü mərhum yoldaşı X1 xx xxxxxx 2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, X3, ev 38 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. xx.xx.1996-cı ildə mərhum yoldaşı İran vətəndaşı X4 ilə ailə qurmuşdur və birlikdə yaşamışdırlar.Mərhum onun yoldaşıdır. Mərhum yoldaşı X4 xx.xx.1955-ci il tarixində Təbriz şəhərində anadan olmuşdur. Mərhum yoldaşı X4 xx xxxxxx 2021-ci il tarixində yaşadığı Bakı şəhəri Yasamal rayonu X3 ev 38 ünvanında ev şəraitində kəskin miokardinfarkt, ağciyər, bronxit və s. səbəbdən vəfat etmişdir. Hətta həkim çağırmışdırlar və onlar müəyyən ilkin yardım etsələr də, o, vəfat etmişdir. Mərhum yoldaşı X2 xx xxxxxx 2021-ci il tarixində qohum - qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Binəqədi rayon, Köhnə Biləcəri qəbirstanlığında dəfn etmişdirlər. Bir müddət sonra o, mərhum yoldaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət görmüşdürlər. Göstərilənlərə əsasən xx.xx.1955ci il təvəllüdlü mərhum yoldaşı X1 xx xxxxxx 2021-ci il tarixində Bakı şəhəri Yasamal rayonu X3 ev 38 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, mərhum onun xalasının həyat yoldaşıdır. X1 vəziyyəti yaxşı deyildi, bir –iki gün öncə yıxıldığından daha da ağırlaşmışdı. xx xxxxxx 2021-ci il tarixində səhər xalası qızı zəng vuraraq atasının vəfat etdiyini bildirmişdir. Həmin gün ora getdikdə yaşadığı X1 vəfat etdiyini, təcili tibbi yardım heyətinin də orada olduğunu görmüşdür. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, mərhumun və ərizəçinin qızıdır. Atası xəstə idi, son vaxtlar vəziyyəti ağırlaşmışdı. O, xx xxxxxx 2021-ci il tarixində işdən gəldikdə evdə atası X1 vəfat etdiyini və təcili tibbi yardım həkimlərinin də orada olduğunu görmüşdür. xx xxxxxx 2021-ci il tarixində Binəqədi rayon, Köhnə Biləcəri qəbiristanlığında dəfn etmişdirlər. Məhkəmə iclasında şahid Bakıxanov Araz Tələt oğlu ifadəsində bildirmişdir ki, mərhumun və ərizəçinin qonşusudur. xx xxxxxx 2021-ci il tarixində mərhuma baş çəkmiş, onun vəziyyətinin ağır olduğunu, şəkərinin yüksəldiyini və təzyiqinin düşdüyünü görmüşdür, ona görəd də ailəsi təcili tibbi yardım çağırmışdır. Həkimlər müdaxilə etsələr də, mərhum X4 vəfat etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X15 Stansiyasının 3 saylı bölməsinin xx xxxxxx 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2021-ci il tarixində xəstə X1 adına çağırış daxil olmuş və həkim yanında ölüm müəyyən edilmişdir. İşdə olan İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 522-2/5608 nömrəli arayışının təsdiq olunmuş surətindən məlum olur ki, 1955-ci ildə Təbriz şəhərində anadan olmuş, 568 saylı şəxsiyyət vəsiqəsinin sahibi X4 1963-cü ildə Bakı şəhərində anadan olmuş Ərizəçi Sultanağa qızı ilə xx.xx.1996-cı il tarixdə ailə qurmuş və bu barədə Təbriz şəhəri 136 saylı X8 İdarəsində 565 sayı ilə qeydiyyat aparılmışdır, bu günə qədər bu evlilik qüvvədədir. Ailə məcəlləsinin 976-cı maddəsinin 6-cı bəndinə əsasən, xanımına, ərinin soyadını qəbul etdiyi üçün İran vətəndaşlığı və 136-332453-5 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxx 2021-ci il tarixli 05/76741/15 nömrəli məktubunun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.05-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün olmamışdır. İmtina məktubu ilə ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün məhkəməyə müraciət etmək lazım olduğu ona bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, X1 xx xxxxxx 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X1 xx xxxxxx 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar