Məhkəmə qərarları › İş №2(004)-2517/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2517/2022

19.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2517/2022 19.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 11.04.2022-ci ildə məhkəməyə müraciət edərək, mərhum qardaşı – 09.09.1974-cü il təvəllüdlü X4 13.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Ərizəçi ünvan 1 ünvanında yaşayır. Mərhum 09.09.1974-cü təvəllüdlü X3 qardaşıdır. Qardaşı hipertoniyadan, yəni yüksək təzyiq xəstəliyindən əziyyət çəkmiş və ürək tutmasından 13.02.2022-ci il tarixdə bacısı X5 yaşadığı Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7a, mənzil 18 ünvanında vəfat etmişdir. Həmin gün təcili yardım çağırsalar da, təcili və X6 stansiyasından həkim və tibb bacısı gələndə artıq qardaşı rəhmətə getmiş və bu barədə onlara sənəd verilməmişdir. Qardaşı rəhmətə gedəndə o da orada olmuş və qardaşının rəhmətə getməsi ilə əlaqədar Nəsimi rayon prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 14.02.2022-ci il tarixdə qardaşı Ruslan Alekseyev 8-ci km qəbirstanlığında dəfn edilmişdir. Bu fakt Mənzil-kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 07.04.2022-ci il tarixli arayışı ilə təsdiq olunur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almaq üçün o, 31.03.2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələri İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzinin 3 nömrəli Şəhər Poliklinikasına müraciət etsələr də, qardaşının müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədikləri üçün tibbi şəhadətnamə verilməsinin mümkün olmaması əsası ilə 147 saylı cavab məktubu ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Təcili və X6 Stansiyasının 3 Nömrəli Şəhər Poliklinikasına ünvanlanmış 31.03.2022-ci il tarixli məktubda Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7a, mənzil 18 ünvanına çağırış üzrə gedən zaman artıq X4 artıq rəhmətə getdiyi qeyd edilmişdir. 31.03.2022-ci il tarixdə mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün ərizə ilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş və müraciətinə cavab olaraq ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtinaya dair məktub verilmişdir. Qeyd olunan məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X1 X11”nın 8.5-ci bəndi rəhbər tutularaq ölüm qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alındığı bildirilmişdir.Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Həmçinin qardaşının ölüm haqqında şəhadətnaməsinin olmaması gələcəkdə ailələri üçün müəyyən çətinliklər yaradacağını nəzərə alaraq, həmin şəhadətnamənin alınması zəruridir. Buna görə də, mərhum qardaşı X4 ölüm faktı müəyyən edilməlidir. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin edilməsini, qardaşı X4 13.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, mərhum atası - X8 uzun müddət, ürək və qan-damar xəstəliyindən əziyyət çəkmiş və atası 13 fevral 2022-ci il tarixdə Bakı şəhərində, xəstəliyi ilə bağlı bibisi X5 yaşadığı Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7a, mənzil 18 ünvanda vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mərhumun bacısı X9 eyni məzmunlu izahat verərək X7 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş Ərizəçi atası X12, anası isə X2. - ЖГ seriyalı 264217 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.09.1974-cü ildə Bakı şəhərində doğulmuş X4 atası X12, anası isə X2. - Bakı şəhəri Təcili və X6 Stansiyasının 3 nömrəli Şəhər Poliklinikasına ünvanlanmış 31.03.2022-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7a, mənzil 18 ünvanına çağırış üzrə gedən zaman artıq X4 meyiti aşkar edilmişdir. - Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 07.04.2022-ci il tarixli 36 sayılı arayışından görünür ki, X8 Nizami rayonu, “8 km” qəbirstanlığında 14.02.2022-ci il tarixdə dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs 31.03.2022-ci il tarixli 05/76-1008/15 nömrəli məktubundan müəyyən edilir ki, 13.02.2022-ci il tarixdə vəfat etmiş X4 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının qeydə alınması mümkün deyildir və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələri İdarəetmə Birliyinin Bakı Baş Səhiyyə Mərkəzinin 3 nömrəli Şəhər Poliklinikasının müraciətinə cavab olaraq verilmiş 31.03.2022-ci il tarixli 147 saylı məktubundan görünür ki, X4 həmin poliklinikada müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədikləri üçün tibbi şəhadətnamə verilməsinin mümkün olmaması əsası ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. - Bakı şəhəri Nəsimi rayon prokurorluğunun 13 fevral 2022-ci il tarixli arayışından görünür ki, X4 ölümü hər hansı zorakılıqla bağlı olmamış və onun ölməsində cinayət xarakterli hallar aşkar edilməmiş, onun ölümü xəstəliyi nəticəsində baş vermişdir. Eyni zamanda 21 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 13 fevral 2022-ci il tarixdə Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7a, mənzil 18 ünvanında qəflətən baş vermiş ürək tutması nəticəsində ölməsi ilə əlaqədar toplanmış 52-c-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin və şahidlərin izahatlarından, həmçinin məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 09.09.1974-cü ildə Bakı şəhərində doğulmuş X8 Ərizəçi qardaşıdır. X8 isə 13.02.2022-ci il tarixdə ünvan 2 ünvanında vəfat etmiş və mərhum Bakı şəhəri Nizami rayonu, “8 km” qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 09.09.1974-cü ildə Bakı şəhərində doğulmuş X4 13.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.09.1974-cü il təvəllüdlü X4 13.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar