Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2520/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 10 iyul 1967-ci il təvəllüdlü X2 01 mart 2024cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 01 mart 2024-cü il tarixdə ünvan 1 ünvanında ürək çatışmazlığından vəfat etmişdir. Qəfləti olaraq öldüyü üçün onun ölüm faktını təsdiq edən tibbi sənədləri əldə edə bilməmişlər. Buna görə də atası Xalıs Hüseynovun ölüm haqqında şəhadətnaməsi onlara təqdim edilmir. Qeyd etmişdir ki, onun ölümü ilə bağlı Bakı şəhəri Nərimanov rayonu prokurorluğunda araşdırma aparılmış və “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 10 mart 2024-cü il tarixli qərar da qəbul edilmişdir. Həmin qərar onun ölümünü təsdiq edən faktlardan biridir. X1 adına verilmiş 31 iyul 2017-ci il tarixli AZE seriyalı, 16002285 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, o, 10 iyul 1967-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxsnə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, ərizəçi onun bacısı oğludur. Ərizəçi onu 01 mart 2024-cü il tarixdə yığmış və bildirmişdir ki, atası rəhmətə gedib. Belə ki, hadisə 01 mart 2024-cü il tarixdə günorta vaxtı baş verib, Xalıs Hüseynovu polislər tapmış və xəstəxanaya aparmışlar, lakin o ylda qrtıq keçinmişdir. Onu Ağsu rayonunda Kalva kəndində dəfn etmişlər. O, X2 01 mart 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 16002285 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 xx.xx.1967-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun Ərizəçi və X5 ünvanladığı 101-C- 24 saylı, 10 mart 2024-cü il tarixli məktuba əsasən araşdırma zamanı X2 ölməsi faktında kənar şəxs və ya şəxslərin qəsdi və ya ehtiyatsızlığı müəyyən edilmədiyi üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 mart 2024-cü il tarixli qərarı ilə həmin fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. - Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Teymur Məmmədalıyevin 10 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan X2 hər hansı şəxslə arasında ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamış, o, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmiş, 01 mart 2024-cü il tarixdə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Buna görə də, X2 ölməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “X9” X11 Nərimanov Rayon Prokurorluğuna ünvanladığı 18-1-19/2-339/2024 saylı, 16 mart 2024-cü il tarixli cavab məktubuna əsasən vətəndaş X3 “X9” X13ə xx.xx.2024-cü il tarixdə, həyat əlamətləri itirilmiş halda, digər vətəndaşlar tərəfindən maşınla gətirilib. Maşında baxış keçirilmiş, bioloji ölüm təsdiqlənmişdir. Bu barədə, hadisə şahidləri ilə birgə yerində, kağız üzərində AKT tərtib olunmuşdur. - Azərbaycan Respublikası Ağsu rayonu Kalva Bələdiyyəsinin 03 saylı, 18 mart 2024cü il tarixli arayışına əsasən X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etmiş, mərhumun nəşi doğulduğu Ağsu rayonu Kalva kəndinə gətirilərək Kalva kənd qəbristanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/7-11-1376/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni tərəflərindən şöbəyə təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 həqiqətən də xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə və şahid ifadəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2520/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2520/2024
29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver