Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2521/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Maraqlı şəxs1 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 İdarəsi və Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübə və Tədris Birliyinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 İdarəsi və Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübə və Tədris Birliyinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə, saat 16:20-ə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsi X3 ərizənin baxılmamış saxlanılıb-saxlanılmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) işə üzrə ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2 İdarəsi və Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübə və Tədris Birliyi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi məsələsinə baxaraq hesab edir ki, tərəflərin iştirakı məhkəmə iclasında zəruridir, onların iştirakı olmadan işə baxılması, işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu məcəllənin 30-41-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi təkrarən məhkəmə iclasına gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 İdarəsi və Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübə və Tədris Birliyinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair 2(004)-2521/2020 nömrəli mülki iş üzrə ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2521/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2521/2020
20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver