Məhkəmə qərarları › İş №2(004)-2529/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2529/2024

27.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2529/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X3 23 fevral 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi ilə 06 dekabr 1971-ci ildə nikahları dövlət orqanlarında (Ağsu rayonu Bicov kənd Sovetində) rəsmi qaydada qeyd etdirməklə X4 arasında ailə quraraq 23 fevral 2024-cü il tarixədək birlikdə yaşamışlar. Rəsmi qeydiyyatları Yasamal rayonu, Yeni Yasamal-1, ev 8, mən. 60 olsa da, xeyli müddətdir ünvan 2ndəki fərdi yaşayış evində yaşayırlar. X2 23 fevral 2024-cü il tarixdə uzun çəkən xəstəliyi ilə əlaqədar özünü pis hiss etdiyinə görə tərəflərindən təcili tibbi yardım stansiyasına müraciət edilmiş, lakin Tibbi yardım həkimləri gələnə qədər əri vəfat etmişdir. Bu barədə təcili tibbi yardım stansiyasının 17 saylı bölməsinin həkimləri tərəfindən Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi verilmişdir. Sözügedən sənədi Bakı şəhəri, Binəqədi rayonundakı faktiki yaşayış yeri üzrə Poliklinikaya, habelə pasport qeydiyyatı üzrə Yasamal rayonundakı Poliklinikaya, habelə 1 saylı ASAN Xidmət Mərkəzindəki Qeydiyyat şöbəsinə təqdi etsələr də, onlara ölüm haqqında şəhadətnamə verməkdən imtina edilərək, qeydiyyat ünvanları üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ölüm haqqında şəhadətnamə onlara vərəsəlik hüquqların, o cümlədən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə, sərəncam vermək üzrə hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Ona görə hesab edirlər ki, hüquqi əhəmiyyətli fakt olmaqla, həyat yoldaşı X3 müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Nəzərə çatdırır ki, mərhum X2 övladları X7, X8 və digər qohumlarının yanında vəfat etmişdir ki, həmin şəxslər ölüm faktını şahid qismində məhkəmə iclasında təsdiq edə bilərlər. Onu da diqqətə çatdırır ki, mərhum əri X1 rayonunun Şəhriyar qəsəbəsində yerləşən "Yeddi günbəz" adlanan məzarlıqda dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifasədində bildirmişdir ki, mərhum X4 onun atasıdır. Uzun müddət ağır xəstəlikdə əziyyət çəkirdi. 23 fevral 2024-cü il tarixdə xəstəliyi ilə əlaqədar özünü pis hiss etdiyinə görə təcili tibbi yardım stansiyasına müraciət etmişdilər. Lakin Tibbi yardım həkimləri gələnə qədər atası vəfat etmişdir. Atası Şamaxı rayonununda dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasi Təcili və X6 Stansiyasının 17 saylı bölməsinin “ölüm haqqında xəbərdarlıq” sorğusundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanına X3 adına çağırış daxil olmuş, 21:41-də xəstənin yanına gəlmə vaxtı qeyd olunmuş, çağırışı 17 saylı bölmənin həkimi Salmanova İ. yerinə yetirmişdir. Kişi cinsli meyid aşkar olunmuş, ölümün ilkin səbəbi üç gün ərzində sahə poliklikinasına müraciət etmək ölüm olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 3-16-5-8/78-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. Abşeron rayonu Saray Bələdiyyəsinin 08 aprel 2024-cü il tarixli 05/138 saylı arayışından görünür ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 18 dekabr 1951-ci il tarixində Ağsu rayonunda anadan olmuş X3 23 fevral 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 dekabr 1951-ci il tarixində Ağsu rayonunda anadan olmuş X3 23 fevral 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar