Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2545/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-cu ildə məhkəməyə müraciət edərək, onun anası - xx.xx.1956-cı ildə Ermənistanın Ararat rayonunda doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1956-cı ildə Ermənistanın Ararat rayonunda doğulmuş X4 onun doğma anasıdır. Anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Anasının ölməsini təcili tibbi yardım briqadasının həkimləri təsdiqləmiş və bu barədə ölüm haqqında xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsi vermişlər. Mərhum anasını xx.xx.2020-ci ildə Qaraçuxur qəsəbə qəbristanlığında dəfn etmişlər. Anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi xx.xx.2020-ci il tarixli 291-05/76 nömrəli məktubla məhkəməyə müraciət edərək, işə şöbənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Ermənistan SSR Ararat rayonu Nun-Şidli kənd sovetliyi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İ-СЛ № 470280 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1975-ci il təvəllüdlü Ermənistan SSR Ararat rayonunda doğulmuşdur, anası X2r. Təcili və X3 Stansiyasının 22 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi xx.xx.2020-ci il tarixli 09/913 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, 22 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimləri xx.xx.2020-ci il tarixdə saat 08:20-də ünvan 1 ünvana gəldikdə 64 yaşlı X1 öldüyünü müəyyən etmişlər və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunduğunu qeyd etmişlər. Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 103 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2020-ci ildə Qaraçuxur qəsəbə qəbristanlığında dəfn olunub və qəbirüstü abidəsi var. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 264-05/75 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, X1 ölümü haqqında həkim şəhadətnaməsi olmadığından, ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığagötürmənin, nikahın, boşanmanın, ölümünqeydedilməfaktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1956-cı ildə Ermənistan SSR Ararat rayonunda doğulmuş X4 Ərizəçi doğma anasıdır. X4 yaşadığı ünvan 1 ünvanda xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum X4 xx.xx.2020-ci il tarixdə Qaraçuxur qəsəbə qəbristanlığında dəfn olunub. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı ildə Ermənistanın Ararat rayonunda doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2545/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2545/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver