Məhkəmə qərarları › İş №2(004)-2548/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2548/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2548/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası- 29.12.1948-ci il təvəllüdlü X4 (Kiarimov Asad) oğlunun 20.02.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci il tarixində Gürcüstan Respublikası, Qardabanı rayonunda anadan olmuşdur və hazırda qeydiyyatda olduğu Bakı şəh., Yasamal ray., D.Bünyadzadə küç., ev 7. m 26-da ailəsi ilə birlikdə yaşayır. Mərhum 29.12.1948-ci il təvəllüdlü X4 (Kiarimov Asad) oğlu atasıdır. X4 (Kiarimov Asad) oğlu 20.02.2021-ci il tarixində xəstəliyi ilə əlaqədar yaşadıqları mənzildə qəflətən vəfat etmişdir və onu 21.02.2021-ci il tarixində Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn etmişlər. Bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər 39 nömrəli şəhər poloklinikasına rəsmi müraciət etmiş, lakin şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməsini bildirdilər. Bundan sonra mərhum atam X4 (Kiarimov Asad) oğluna ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməsini məsləhət gördülər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ifadəsində göstərmişdir ki, ərizəçinin atası X3 20.02.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir və 20.02.2021-ci il tarixində Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Özü də mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidn ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilib ərizəçiyə ünvanlanmış 06.04.2022-ci il tarixli, 05/761049/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin atası X2 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər 39 nömrəli şəhər poloklinikasının 04.04.2022-ci il tarixli, 66 saylı imtina məktubundan görünür ki, 29.12.1948 -ci il təvəllüdlü Kiarimov Asadın 39 nömrəli poliklinikaya hər hansı xəstəliklə bağlı müraciəti qeydə alınmadığından, poliklinikada qeydiyyatı olmadığından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiasının 05 № 31.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilmə qaydası”nın 4.4.5 bəndinə əsasən ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş AB seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə anadan olmuş Ərizəçi atası qrafasında X3 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Təcili və X1 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, X3 20.02.2021-ci il tarixdə Yevlax rayonunda ölmüşdür. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 29.12.1948-ci il təvəllüdlü X4 (Kiarimov Asad) oğlunun 20.02.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29.12.1948-ci il təvəllüdlü X4 (Kiarimov Asad) oğlunun 20.02.2021-ci il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar