Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2552/2022 18.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22.12.2021-ci ildə vəfat etmiş 01.06.1938-ci il təvəllüdlü X4nun ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 01.06.1938-ci il tarixdə anadan olmuşdur. O, 22.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü haqqnda akt qeydinin verilməsi ilə bağlı Bakı şəhər Maraqlı şəxsnə müraciət etmişdir. X6 ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəçinin müraciətinə 03.03.2022-ci il tarixli məktubla imtina edilmiş və ona məhkəməyə müraciət etməyini bildirmişdir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətindədir, bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. X2 isə onun qaynatasıdır. Mərhum əvvəllər prostat xərçəngindən əziyyət çəkmiş, uzun müddət müalicə almış, əməliyyat olunmuşdur. Ölümündən son 15 gün soyuqdəymə, koronavirusa yoluxma ilə müalicə almış, vəziyyəti ağırlaşmış, son günlərini yataq vəziyyətində keçirmişdir. Mərhum Ənvər müəllimin qulluğu ilə 24 saat tibbi bacısı məşğul olurdu. Sonuncu dəfə təcili tibbi yardım çağırılmış, lakin həkim gələnə kimi o, 22 dekabr 2022-ci ildə saat 10-11 radələrində keçinmişdir. Son günlərində o və həyat yoldaşı mərhumun yanında olmuşdur. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun ailəvi tanışıdır, eyni zamanda X2nun qulluğu və müalicəsi ilə məğul olmuşdur. Mərhum əvvəllər prostat xərçəngindən əziyyət çəkmiş, uzun müddət müalicə almışdır. Həm də ölümündən son 2 həftə soyuqdəymə, koronavirusa yoluxma ilə müalicə almış, vəziyyəti ağırlaşmış, təzyiqi daim aşağı olmuşdur. O, mərhuma vaxtı-vaxtında dərmanların, yeməyinin hazırlanıb verilməsi ilə məşğul olmuşdur. Sonuncu dəfə təcili tibbi yardım çağırılmış, lakin həkim gələnə kimi Ənvər Quliyev keçinmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayonu Təcili və X5 Stansiyasının 8 saylı Bölməsin 22 dekabr 2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 22.12.2021-ci il tarixdə 13:40 radələrində ünvan 1 ünvanına X8 adına çağrış daxil olmuş, həkim Fuad Hacıyev tərəfindən həkiməqədər ölüm (kişi cinsli meyid) aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi "tibbi ərazi bölmələr idarəetmə birliyi" publik hüquqi şəxs Bakı şəhər Baş səhiyyə idarəsi 16 nömrəli şəhər poliklinikasının 19.01.2022-ci il tarixli 12 saylı məktubundan görünür ki, ölüm haqqinda tibbi şəhadətnamədən rəsmi imtina olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Baki şəhəri Maraqlı şəxs 03.03.2022-ci tarixli 05\76-796\15 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamə verməsindən imtina edilmişdir. İş materiallarında olan Yasamal Rayon VVAQ qeydiyyat şöbəsi tərəfindən verilmiş H-ЖГ seriyalı 437776 nömrəli 06.02.1974-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 396 saylı akt qeydi tərtib edilmişdir. X4, anası X1r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 01 iyun 1938-ci il təvəllüdlü X8 22 dekabr 2021-cı il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.06.1938-ci il təvəllüdlü X4nun 22 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2552/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2552/2022
18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver