Məhkəmə qərarları › İş №2(004)-2559/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2559/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2559/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 16.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 1965-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək bildirir ki, babası X4 1880-ci ildə anadan olmuş və 1965-ci ildə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi Azərbaycan Respublikası Dövlət Arxivində və Bakı şəhər, Maraqlı şəxsndə aşkar olunmamışdır. Babasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddianın təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs 29.04.2021-ci il tarixdə ərizə verərək 29.04.2021-ci il tarixli məhkəmə iclasına maraqlı şəxsin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 27.11.2020-ci il tarixli akta əsasən X4 1880-ci ildə anadan olmuş, 1965-ci ildə vəfat etmiş, Zeyvə kənd qəbirstanlığında dəfn olunmuşdur. Akt Şabran rayon Zeyvə kənd sakinləri X10, X6, X8 tərəfindən imza ilə təsdiq edilmişdir. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti başçısının Zeyvə İnzibati ərazi idarəsi üzrə nümayəındəliyi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli, 119 №-li arayışa əsasən X4 1965-ci il tarixdə vəfat etmiş və Şabran rayon Zeyvə kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs 02.03.2021-ci il tarixli 05/76-629/15 nömrəli məktubunda qeyd olunur ki, X3 ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, X3 aid məzar daşının üzərində 1880-ci doğulduğu və 1965-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1880-ci il təvəllüdlü X2 1965-ci ildə vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1880-ci il təvəllüdlü X2 1965-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar