Məhkəmə qərarları › İş №2(004)-2576/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2576/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2576/2021 27.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 17.03.2021-ci ildə məhkəməyə müraciət edərək, onun qızı - 15.10.2015-ci ildə Sumqayıt şəhərində doğulmuş X3 12.02.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs qismində göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, 15.10.2015-ci ildə Sumqayıt şəhərində doğulmuş X7 onun doğma övladıdır. X7 12.02.2021-ci il tarixdə saat 03:50-də Sumqayıt şəhərinə TTY Stansiyasının 1 nömrəli yardımçı məntəqəsinin ambulatoriyasına aparmışlar. Müayinə zamanı qızının öldüyü aşkar edilmişdir. Qızxanımı Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Endokrinoloji Mərkəzi” tərəfindən verilmiş 16.02.2021-ci il tarixli xəstəlik kartından çıxarışdan müəyyən edilir ki, X7 16.06.2020-ci il tarixdə insulindən asılı şəkərli diabet tip 1 diaqnozu ilə REM-də qeydiyyata götürülüb. 02.06-12.06.2020 və 16.11-23.11.2020-ci il tarixlərdə 6 saylı UKX-da stasionar müalicələr alıb. Hər ay REM-dən insulinlər almışdır. 12.02.2021-ci il tarixdə xəstə vəfat etmişdir. Sumqayıt şəhər X6 və X5 Stansiyasının 12.02.2021-ci il tarixli 358 nömrəli arayışından müəyyən edilir ki, 12.02.2021-ci il tarixdə saat 03:50-də ünvan 1 ünvanda yaşayan 15.10.2015-ci il təvəllüdlü X1 1 nömrəli yardımçı məntəqəsinin ambulatoriyasına gətirmişlər. Müayinə zamanı 15.10.2015-ci il təvəllüdlü X3 meyidi aşkar edilmişdir və üzərində zorakılıq əlamətləri olmadığını qeyd etmişlər. Bakı şəhəri Maraqlı şəxs 16.03.2021-ci il tarixli 05/76-793/15 nömrəli məktubu ilə qızı X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Suraxanı rayonu Zığ Bələdiyyəsinin 10.03.2021-ci il tarixli 74 nömrəli arayışından müəyyən edilir ki, 10.2015-ci ildə Sumqayıt şəhərində doğulmuş X7 12.02.2021-ci ildə vəfat etmiş və Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 15.10.2015-ci ildə Sumqayıt şəhərində doğulmuş X7 Ərizəçi doğma qızıdır. X7 12.02.2021-ci il tarixdə vəfat etmişdir. X2 qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qızının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.10.2015-ci ildə Sumqayıt şəhərində doğulmuş X3 12.02.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar