Məhkəmə qərarları › İş №2(004)-2587/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2587/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2587/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1977-ci il təvəllüdlü X4 13 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1986-ci il tarixində anadan olmuşam və hal-hazırda ünvan 1 ünvanında yerləşən mənzilində ailəsi ilə birgə yaşayır. Mərhum xx.xx.1977-ci il təvəllüdlü X7 onun həyat yoldaşı olmuşdur. Mərhum həyat yoldaşı 13 mart 2023-cü il tarixində səhhətində olan nasazlıqdan vəfal etmiş və Balaxanı rayon qəsəbəsində yerləşən qəbristanlığında dəfn olunmuşdur. Hal-hazırda müəyyən sənədlər var ki, onların alınması və ya düzəlməsi üçün mərhum yoldaşının ölüm haqqında şəhadətnaməsi lazımdır, lakin hazırda onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. O, həyat yoldaşının ölümündən qısa bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poloklinikasına da rəsmi müraciət etdi. Lakın onlarda şəhadətnamə verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməyini bildirdilər. Bundan sonra o mərhum həyat yoldaşı X5 ölüm haqqında şəhadətnaməni almaq üçün qeydiyyatda olduğu ərazi üzrə maraqlı şəxs olan Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etdi və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət gördülər. Bütün bu səbəblərdən də o mərhum həyat yoldaşı X4 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün qeydiyyatda olduğu və faktiki yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə müraciət elməli oldu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, X1 və X3 izahatlarında bildirmişlər ki, ərizəçinin əri X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Balaxanı qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Həm dəfndə, həm də yas mərasimində iştirak etmiş və X4 ölməsi faktını təsdiq edirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 39 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 86 saylı məktubdan görünür ki, ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/8-10xx/xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X4 ölümünün qeydə alınması mümkün deyildir. Həmçinin Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən 20 aprel 2023-cü il tarixli 22 nömrəli arayışdan görünür ki, mərhum X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Balaxanı qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar