Məhkəmə qərarları › İş №2(004)-2594/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2594/2022

23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2594/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının qeydiyyata alınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28.12.1940-cı il təvəllüdlü X2 02.11.2021-ci il tarixdə yaş və səhhəti ilə əlaqədar ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş və hal-hazırda qeydiyyyatda olduğu ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Mərhum 28.12.1940-cı il təvəllüdlü X5 onun anasıdır. X1 02.11.2021-ci il tarixdə yaş və səhhətti ilə bağlı yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Həkim çağırılsa da, onlar gələnə kimi artıq dünyasını dəyişmişdi. Mərhum anası 03.11.2021-ci il tarixdə qohumqonşunun iştirakı ilə Abşeron rayonu, Masazır qəbirstanlığında dəfn olunmuşdur. Lakin bugünədək onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. O, qısa müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınmasından ötrü Bakı şəhər Baş Səhiyyə İdarəsinin 16 nömrəli şəhər poliklinikasına rəsmi qaydada müraciət etmişdir. Ancaq onlar şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək, məhkəməyə müraciət etməyini bildirmişlər. Bundan sonra o, anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyatda olduğu ərazi üzrə Maraqlı şəxsnə müaciət etmiş və onlarda rəsmi olaraq imtina edərək, məhkəmə müraciət etməyini tövsiyyə etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçinin yaxın münasibətdə olduğu tanışıdır. Mərhum 02.11.2021-ci il tarixdə vəfat edib. Ona ərizəçi bu baradə telefon vasitəsi ilə məlumat verib. Mərhumun vəfat etdiyi ünvana çatanda təcili tibbi yardım maşının və qohum-qonşunun yığıldığının şahidi olub. Gecə ərizəçi ilə birlikdə morqa gedib. Hadisənin sabahı mərhumu Masazır qəbirstanlığında dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, ərizəçinin yaxın münasibətdə olduğu tanışıdır. O, 02.11.2021-ci il tarixdə ünvan 1 ünvanında olduqda artıq mərhum vəfat etmişdir. Hadisənin ertəsi günü dəfndə iştirak edib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-cı il tarixdə anadan olmuşdur. Anası qrafasında X5 qeyd olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 28.12.1940-cı il tarixdə, Qazax rayonunun Canallı kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 12 yanvar 2022ci il tarixli, 05/76/27/15 nömrəli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X2 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan 02.11.2021-ci il tarixli Səhiyyə Nazirliyinin Müşayiət Vərəqindən müəyyən olunur ki, təcili tibbi yardım briqadasının tərkibinə 02.11.2021-ci il tarixdə, saat 21:35-də ünvan 1 ünvanına çağırış edilmiş və 28.12.1940-cı il təvəllüdlü X3 məxsus meyit aşkar edilmişdir. İş materiallarında olan 16 saylı Şəhər Poliknikası tərəfindən Ərizəçi ünvanlanmış 05.04.2022-ci il tarixli, 145 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş 28.12.1940-cı il təvəllüdlü X2 ölüm haqqında şəhadətnaməsinin verilməməsi poliklinikaya heç bir müraciətinin olmaması, xəstəliyi haqqında tibbi sənədlərin təqdim olunmaması və 02.11.2021-cı il tarixdə vəfat etməsidir. İş materiallarında olan qəbirüstündə çəkilmiş fotoşəkillərdən görünür ki, X2 28.12.1940-cı ildə anadan olduğu və 02.11.2021-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş 18.05.2022-ci il tarixli məktubdan görünür ki, 28.12.1940-cı il təvəllüdlü X5 03.11.2021-ci il tarixdə Masazır kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 28.12.1940-cı il təvəllüdlü X2 02.11.2021-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 28.12.1940-cı il təvəllüdlü X2 02.11.2021-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar