Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2607/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 saylı Mediasiya təşkilatında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi ilə maraqlı şəxs arasında 29 avqust 2023cü il tarixdə 13 saylı Mediasiya təşkilatında barışıq sazişi bağlanmışdır. 29 avqust 2023-cü il tarixli MŞB/13/2023-00008 saylı barışıq sazişindən görünür ki, tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan olan birgə nikahlarından olan xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixində anadan olmuş X2 anası Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəlmişlər. Eləcə də, tərəflər birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan X3 hər ay aylıq qazancının 1/3-i miqdarında alimenti xanımın şəxsi kart hesabına ödəməsi barədə razılığa gəlmişlər. Lakin aralarında bağlanmış barışıq sazişinin 3-cü bəndinə əsasən aliment 2023cü ilin sentyabr ayının 25-də hər ay ödənilməli olduğu halda bu günə kimi yalnız xx.xx.2024-cü il tarixdə 573,95 manat və xx.xx.2024-cü il tarixdə 500 manat ödənilmişdir. Cavabdeh Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozaraq könüllü olaraq icra etmək niyyətində olmadığından, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və məcburi icrası təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə, AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-767/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Ərizəçi ilə cavabdeh X4 arasında Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə 384 N-li akt qeydi ilə bağlanmış nikahın pozulması qət olunmuşdur. Tərəflər arasında 13 saylı Mediasiya təşkilatında bağlanmış 29 avqust 2023-cü il tarixli MŞB/13/2023-00008 saylı barışıq sazişinin şərtlərindən görünür ki,
1. Tərəflər razılaşırlar ki, 06 iyun 2009-cu il tarixində aralarında bağlanmış nikaha xitam verilsin.
2. Tərəflər razılaşırlar ki, birgə nikahlarından xx.xx.2010-cu il tarixində anadan olmuş X6 və xx.xx.2015-ci il tarixində anadan olmyş X5 anası Ərizəçi himayəsində saxlanılır.
3. Tərəflər razılaşır ki, birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan X3 hər ay aylıq qazancının 1/3-i miqdarında alimenti xanımın şəxsi kart hesabına ödəyir. Alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayının 25-dən təmin edilsin. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-767/2024 saylı qətnaməsi ilə Ərizəçi ilə cavabdeh X4 arasında Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə 384 N-li akt qeydi ilə bağlanmış nikah pozulması qət olunmuşdur. Tərəflər mediasiya prosesində uşaqların kimin himayəsində saxlanılması və aliment ilə bağlı məsələdə barışıq əldə etmişdirlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış və mediator X7 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2 və 3-cü bəndləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 avqust 2023-cü il tarixli MŞB/13/2023-00008 saylı barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin.
1. Tərəflər razılaşırlar ki, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixində anadan olmuş X2 anası Ərizəçi himayəsində saxlanılır.
2. Tərəflər razılaşdırlar ki, birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan X3 hər ay aylıq qazancının 1/3-i miqdarında alimenti xanımın şəxsi kart hesabına ödəyir. Alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayının 25-dən təmin edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayşən Sultanova-Məmmədova