Məhkəmə qərarları › İş №2(004)-2682/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2682/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2682/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə İddiaçı X1 cavabdeh Aqrarkredit QSC-yə qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X2 cavabdeh Aqrarkredit QSC-yə qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı Cavabdeh BOKT ilə X3 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş ona məxsus ünvan 1 ünvanında olan 0,01087 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin girovluqdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-281/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Cavabdeh BOKT (ipoteka saxlayan) ilə İddiaçı arasında bağlanmış (ipoteka qoyan) xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi ünvan 1 ünvanında isdifadədə olan 0,01087 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc iddiaçı ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ipoteka predmetinin girovluqdan azad edilməsi tələbini irəli sürmüş və beləliklə, də ipoteka müqaviləsini mübahisələndirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-281/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ipoteka müqaviləsinin etibarlı olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından icraata qəbul edilməkdən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Aqrarkredit QSC-yə qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar