Məhkəmə qərarları › İş №2(004)-2691/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2691/2023

09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2691/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 11 mart 2023-cü il tarixində ölməsi faktı müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 xx.xx.2023-cü il tarixdə boğulma yolu ilə qəsd etmə (asma) nəticəsində vəfat edib. Bununla əlaqədar olaraq Gəncə şəhər prokurorluğunda cinayət işi başlanılmış və 19 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. 13 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 tərəfindən X2 ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinə dair təqdim edilmiş ərizənin təmin edilməsi mümkün olmamşdır. X3 ölümü ilə bağlı cinayət işi getdiyi üçün ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən ölüm faktının müəyyən edilməsi məhkəməyə müraciət etmədən başqa qaydada alınması mümkün deyil və ölüm haqqında akt qeydi hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Yasamal rayonu Qeydiyyat şöbəsi və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxs2 18 may 2023-cü il tarixdə məhkəməyə ünvanladığı məktubla bildirmişdir ki, Ərizəçi ölümün qeydə alınması üçün seçdiyi ərazi Maraqlı şəxs2 olmuş, lakin pasport qeydiyyatının Bakı şəhər Yasamal rayonu olduğundan Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Gələcəkdə məhkəmə qətnaməsinin icrasının Maraqlı şəxs1nə həvalə olunacağını nəzərə alaraq, Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməsi daha məqsədə müvafiq olardı. Hazırda qeyd olunan ərizəyə Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasına və müvafiq qətnamə çıxarılmasına etiraz etmirlər və nəzərə alınmasını xahiş edirlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı, 08776085 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 21 fevral 1957-ci il tarixində Gəncə şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-511/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamənin yazılması barədə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X9 TTTYS-nin 28.03.202-cü tarixli, 694 saylı məktubunun surətindən görünür ki, 11 mart 2023-cü il tarixdə saat 14:25-də S.Qazıyeva küçəsi, 1-ci döngə, ev 1 a ünvana X4 (xx.xx.1957) adına çağırış olub. Çağırış yerinə gələn TTTYS-nın çağırışçı həkimi Məmmədova Yeganə xəstəyə “boğulma yolu ilə qəsd etmə (asma)” diaqnozu qoyub. Gəncə şəhər prokurorunun köməkçisi X1 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 mart 2023-cü il tarixli qərarınən surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 3-cü X6 şəhər prokurorluğuna məlumat daxil olmuşdur ki, 1957-ci il təvəllüdlü, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, ev 1-də yaşayan X4 yaşadığı evdə özünü asaraq intihar etmişdir. Qərarın təsviri hissəsində şərh edilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 21 fevral 1957-ci il təvəllüdlü X3 11 mart 2023-cü il tarixində Gəncə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 fevral 1957-ci il tarixində Gəncə şəhərində anadan olmuş X3 11 mart 2023-cü il tarixində Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar