Məhkəmə qərarları › İş №2(004)-2698/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2698/2025

20.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2698/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh "Su və Meliorasiya Kompleksininin Layihələndirilməsi İnstitutu" X15 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "Su və Meliorasiya Kompleksininin Layihələndirilməsi İnstitutu" X13rşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Su və Meliorasiya Kompleksininin Layihələndirilməsi İnstitutu" X13rşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024- cü il tarixli, 211-K nömrəli əmrin ləğv edilməsi, İddiaçı Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda Kadrlar, İcraya nəzarət və Kargüzarlıq şöbəsinin referenti vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun üzərinə qoyulması, vurulmuş mənəvi zərərin əvəzi 5000 (beş min) manat məbləğində pulun cavabdeh Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutundan tutulub İddiaçı ödənilməsi ilə bağlı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, “Sukanal” Elmi-Tədqiqat və Lahiyə İnstitutunda 12-ci dərəcə ilə İcraya Nəzarət və Kargüzarlıq Şöbəsinə referent vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə həmin institutda əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən, 12ci dərəcə ilə Kadrlar, Əməyin Təşkili və İcraya Nəzarət şöbəsinə referent vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə həmin institutda əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən, 12-ci dərəcə ilə Kadrlar, İcraya Nəzarət və Kargüzarlıq şöbəsinə referent vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, ştat vahidinin ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad edilmişdir. Bununla bağlı Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu tərəfindən xx.xx.2024-cü il tarixli, 211-K nömrəli əmr ona təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh təşkilat olan Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun xx.xx.2024-cü il tarixli, 211-K nömrəli əmri qanunsuz və əsassız olmaqla onun hüquqlarını pozmuşdur və ona görə ləğv edilməlidir.İlk öncə onu bildirmək istərdi ki, həmin qurumda on ilə yaxın həyata keçirdiyi əmək fəaliyyəti zamanı kifayət qədər peşəkar işçi olmuşdur və daimi surətdə işinə vicdanla yanaşmışdır. On ilə yaxın müddətdə barəsində hər hansı intizam tədbirləri görülməmişdir ki, bu da onun işdə intizamlı və punktual olduğunun sübutudur. Eyni zamanda həmin qurumda əmək fəaliyyətini həyata keçirərkən özünü və peşə bacarıqlarını inkişaf etdirmək üçün dəfələrlə müxtəlif təlimlərdə və seminarlarda iştirak etmişdir. Belə təlimlərdən biri də "xxxx" MMC-nin “Sukanal” Elmi-Tədqiqat və Lahiyə İnstitutu ilə birgə təşkil etdiyi İnsan Resurslarının idarə edilməsi və mühasibat uçotunun əsasları üzrə təşkil edilmiş 8 modulluq təlim olmuşdur. Həmin təlimi də müvəffəqiyyətlə bitirmişdir və bununla bağlı xx.xx.2024-cü il tarixdə sertifikat əldə etmişdir. Eyni zamanda bildirmək istərdi ki, o, 20 ildən artıq müddətdir ki, Yeni Azərbaycan Partiyasının üzvüdür və bu müddət ərzində təşkilatla bağlı müxtəlif fəaliyyətlərdə iştirak etmişdir. Cavabdeh təşkilat onun ailə vəziyyəti və digər diqqətəlayiq hallara, habelə qanunvericilik normalarına məhəl qoymayaraq onu işdən azad etməklə Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, onun himayəssində 16 yaşına çatmamış üç uşağı var və sözügedən normaya görə onun işdə saxlanılmağına üstünlük verilməli idi. Övladları- X7 xx.xx.2012-ci ildə, X10 xx.xx.2013cü ildə, X8 xx.xx.2017-ci il tarixdə dünyaya gəlmişdirlər və hal-hazırda ən böyük övladının 13 yaşı var. Göründüyü kimi cavabdeh təşkilat bu kimi məsələləri gözardı edərək onun hüquqlarını pozmuşdur. Eyni zamanda bildirmək istəyir ki, onun işdən çıxarılmağının əsas səbəbi iş yerindəki ştat ixtisarı deyil, ştat vahidinin ləğvindən sonrakı vəziyyətin təqdim edilməsi ilə əlaqədar təyinatlardakı dəyişiklikdir. Müəssisənin faktiki olaraq fəaliyyətini davam etdirən başqa işçiləri mövcud olduğu halda onun işdən çıxarılması qanunsuz xarakter daşıyır. Ştat vahidi ixtisar edilərkən onunla əlaqə saxlanılmamış və mövcud vakansiyalar barədə ona heç bir məlumat verilməmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericilikdə iddia müddəti kimi qeyd edilən həmin bir aylıq müddət tərəfindən ötürülsə də bunun üzrlü səbəbləri mövcud olmuşdur. Tərəfindən qanunvericilikdə göstərilən bir aylıq iddia müddətinin ötürülməsində əsas səbəb hüquqi savadsızlıq olsa da bu müddətdə daimi surətdə Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Vitse-Prezidenti və Azərsu ASC-yə daimi surətdə məktublar ünvanlamışdır və bu mübahisənin məhkəmədən kənar həllinə ümid etmişdir. Belə ki, müvafiq dövlət qurumlarına etdiyi müraciətlərə gələn cavablardan onda işin məhkəmədən kənar qaydada həllinə böyük ümidlər yaranmışdır. Cavabdeh təşkilat tərəfindən ona göndərilən xx.xx.2024-cü il və 27.11,2024-cü il tarixli cavab məktublarında qeyd edilmişdir: "Hal-hazırda adıçəkilən fərmanın icrası ilə əlaqədar "Su və X2 dirilməsi İnstitutu" X18 aparılan mövcud struktur dəyişikliyi və ixtisarlara bağlı yerdəyişmə prosesi müvəqqəti olaraq dayandırılmışdır. "Su və X1 İnstitutu" X18 vakansiyalar olduğu təqdirdə sizin müraciətinizə yenidən baxılacaqdır." Göründüyü kimi hər dəfəsində cavabdeh təşkilat ona ümidverici cavablar vermiş və onun işə qayıtmağa olan ümidləri artmışdır. Belə olan halda məhkəməyə müraciət edərək işi daha da mürəkkəbləşdirmək istəməmişdir. Belə ki, işdən azad olduğu ilk gündən bu əməlin qanunsuz olduğunu bilmiş və dərhal müvafiq dövlət qurumlarına müraciətlər ünvanlamışdır. Bununla yanaşı cavabdeh təşkilat ilə dəfələrlə telefon danışıqları olmuşdur və sözügedən məsələ ilə bağlı onu sədrin qəbuluna belə yazsalar da sonradan bundan imtina etmişlər və onu aldatmışdılar. Məhkəməyə müraciət üçün qanunvericilikdə 1 təqvim ayı iddia müddətinin nəzərdə tutulduğundan isə ümumiyyətlə xəbəri olmamışdır. Göründüyü kimi hüquqi savadsızlıq və məhkəmələrin iş yükünü artırmaq istəmədiyi üçün tərəfindən üzrlü səbəblərdən iddia müddəti ötürülmüşdür. Eyni zamanda bildirmək istəyir ki, yuxarıda da qeyd etdiyi kimi, himayəsində 3 azyaşlı uşağının olmağı və onların qayğıya ehtiyacı səbəbindən də məhkəməyə vaxtında müraciət etməmişdir. Tərəfindən təqdim edilən üzrlü səbəblər kifayət qədər əsaslı olduğu üçün məhkəmə tərəfindən nəzərə alınacağına ümid edir. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Ona vurulan mənəvi zərərin həcmi 5000 manatdır. Göründüyü kimi işəgötürən qanunvericiliklə müəyyən edilmiş, işçinin hüquqlarını görməzdən gəlmiş və ədalət prinsipini pozmuşdur. Cavabdeh "Su və Meliorasiya Kompleksininin Layihələndirilməsi İnstitutu" X22 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh PHŞ-yə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbi üzrə iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh PHŞ-yə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbi barədə iddia qaldırmışdır. Hesab edirik ki, sözügedən tələb ilə bağlı iddia müddəti ötürüldüyü üçün iddia müddəti tətbiq edilməlidir. Belə ki, İddiaçı ilə "xxxx" ASC-nin “X21 və Layihə İnstitutu” arasında bağlanmış əmək müqaviləsinə Cavabdeh PHŞ-nin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixli 211-k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərək son haqq-hesab olunmuş, əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə işçiyə verilmişdir. Əlavə olunmuş iş materiallarından göründüyü kimi İddiaçı işə bərpa ilə bağlı xx.xx.2025-ci il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə təklik”lə Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Odur ki, bu mübahisə ilə bağlı 1 (bir) aylıq iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3 hissəsində qeyd olunmuşdur ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara və qanunvericiliyin tələbinə görə hesab edirik ki, iş üzrə iddia müddəti tətbiq edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun xx.xx.2024-cü il tarixli, 211- K nömrəli əmri ilə iddiaçı işdən azad edilsə də, xx.xx.2024-cü il tarixədək işə getməyə davam etmişdir. Bununla bağlı məhkəməyə Elektron sistemdən çıxarışı sübut kimi təqdim etmişlər. Həmin çıxarışdan da görünür ki, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2024cü il tarixinədək olmuşdur. Bundan sonra iddiaçıAzərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Vitse-Prezidenti və Azərsu ASC-yə daimi surətdə məktublar ünvanlamışdır və bu mübahisənin məhkəmədən kənar həllinə ümid etmişdir. Belə ki, müvafiq dövlət qurumlarına etdiyi müraciətlərə gələn cavablardan onda işin məhkəmədən kənar qaydada həllinə böyük ümidlər yaranmışdır. Hər dəfəsində cavabdeh təşkilat ona ümidverici cavablar vermiş və onun işə qayıtmağa olan ümidləri artmışdır. Belə olan halda məhkəməyə müraciət edərək işi daha da mürəkkəbləşdirmək istəməmişdir. Bununla yanaşı hüquqi savadsızlığına görə də iddia müddətini ötürdüyünü bilməmişdir. 24 fevral 2025-ci il tarixdə də Mediasiya təşkilatına müraciət etmişdir. Hesab edirlər ki, qanunvericilikdə məhkəmə tərəfindən 6 ay müddətədək ötürülmüş iddia müddətinin üzrlü hesab edilməsi nəzərdə tutulduğundan, hazırki iş üzrə 5 aya yaxın müddətə üzrlü səbəblərdən iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən həmin müddətin bərpası mümkündür. Həmçinin iddiaçının qanunvericilikdə nəzərdə tutulan üstünlük verən normalar da işəgötürən tərəfindən nəzərə alınmamışdır. İddiaçının həyat yoldaşı hazırda işsizdir, kirayə evdə qalırlar, maddi vəziyyətləri ağırdır. Bundan başqa iddiaçının işlədiyi şöbədə çalışan başqa işçilər hazırda cavabdeh təşkilatda çalışırlar. Buradan da görünür ki, iddiaçının üstünlük hüquqları nəzərə alınmamış və onun işdən azad edilməsi qanunsuz olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh "Su və Meliorasiya Kompleksininin Layihələndirilməsi İnstitutu" X15 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanın 5.5-ci bəndinə əsasən, Agentliyin tabeliyində tabeliyindəki Azərbaycan Meliorasiya və X23 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu X22 yaradılmışdır. İddiaçı ilə "xxxx" ASC-nin “X21 və Layihə İnstitutu” arasında bağlanmış əmək müqaviləsinə Cavabdeh PHŞ-nin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixli 211-k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərək son haqq-hesab olunmuş, əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə işçiyə verilmişdir. Qeyd edir ki, əvvəlki “Sukanal” Elmi-Tədqiqat və İnstitutunun ştat cədvəlində Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsi yeni sturukturda Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılmış və kardlarla sənəd dövriyyəsi ayrılmışdır. əvvəlki “Sukanal” Elmi-Tədqiqat və İnstitutunun ştat cədvəlində Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsində 2 referent vəzifəsi mövcud olduğu halda yeni strukturda cəmi 1 referent vəzifəsi mövcud olmuşdur. Əvvəlki şöbədə referent vəzifəsində çalışan X3 hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün sosial məzuniyyətdə olmuşdur. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qeyd olunan normaya əsasən, sosial məzuniyyətdə olan işçi işdən azad edilə bilməyəcəyinə görə yeni yaradılmış stururda referent vəzifəsinə yerləşdirilmişdir. İddiaçının çalışdığı ştat vahidi ümumiyyətlə ixtisar olunmuşdur. Həmçinin İddiaçı işə bərpa ilə bağlı xx.xx.2025-ci il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə təklik”lə Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi, 6 ay müddətinə iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. 0053086 nömrəli əmək kitabçasının surətindən görünür ki: xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı "xxxx" ASC-nin “Sukanal” Elmi Tətqiqat və Layihə İnstitutunda 12-ci dərəcə ilə İcraya Nəzarət və Kargüzarlıq Şöbəsinə referent vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən, "xxxx" ASC-nin “Sukanal” Elmi Tətqiqat və Layihə İnstitutunda 12-ci dərəcə ilə Kadrlar, Əməyin Təşkili və İcraya Nəzarət şöbəsinə referent vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən, "xxxx" ASC-nin “Sukanal” Elmi Tətqiqat və Layihə İnstitutunda 12-ci dərəcə ilə Kadrlar, İcraya Nəzarət və Kargüzarlıq şöbəsinə referent vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sertifikatdan görünür ki, İddiaçı İnsan resurslarının idarə edilməsi və mühasibat uçotunun əsasları üzrə təşkil edilmiş 8 (səkkiz) modulluq təlimi müvəffəqiyyətlə bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında” Əsasnamə, Agentliyin sturukturu təsdiq edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin Hidrogoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət Xidməti yaradılmış, Agentliyin aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X4 Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xİdmətin aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilmiş, Agentlik tabeliyində: bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X23 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Xidməti; 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; 5.3. tabeliyindəki Azərbaycan Meliorasiya və X23 Səhmdar Cəmiyyətinin Meliorasiya X9 çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X11 İnstitutu; 5.4. tabeliyindəki Azərbaycan Meliorasiya və X23 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X6 Müdiriyyəti; 5.5. tabeliyindəki Azərbaycan Meliorasiya və X23 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin “Sukanal” Elmi Tətqiqat və Layihə İnstitunun qulluqçularının 2024-cü il ştat cədvəlindən görünür ki, İnstitutun tərkibində Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsində 1 ədəd 15-ci dərəcə ilə şöbə rəisi, 4 ədəd 13-cü dərəcə ilə kadrlar üzrə mütəxəssis, 1 ədəd 12-ci dərəcə ilə referent, 1 ədəd 11-ci dərəcə ilə referent olmaqla, cəmi 7 ştat vahidi ayrılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 dekabr 2024-cü il tarixli F-266 nömrəli əmri ilə təsdiq edilmiş Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” PHŞ-nin ştat cədvəlindən görünür ki, İnstitutun tərkibində Sənəd dövriyyəsinin təşkili sektorunda 1 ədəd sektor müdiri, 1 ədəd baş məsləhətçi, 1 ədəd aparıcı məsləhətçimühəndis, 1 ədəd kargüzar olmaqla, cəmi 4 ştat vahidi ayrılmışdır. "xxxx" ASC-nin “Sukanal” Elmi Tətqiqat və Layihə İnstitunun 19 avqust 2024-cü il tarixli 211-K nömrəli əmrindən görünür ki, İddiaçı Rafael qızı – Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin referenti ilə bağlanmış əmək müqaviləsi "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” X22n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Azarsu ASC-də 9 il 0 ay 19 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 1.7 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək oian dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 20 təqvim günü pul əvəzi ödənilməsi tapşırılmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı e-sosial saytından çıxarışdan müəyyən olunur ki, İddiaçı ilə "xxxx" ASC-nin “Sukanal” Elmi Tətqiqat və Layihə İnstitu arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsasına görə xitam verilmişdir. "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" Publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Azərbaycan Meliorasiya və X23 Səhmdar Cəmiyyətinin “Azdövsutəslayihə” və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutlarının çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 001/f nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu ştat vahidi ixtisara düşmüş və bununla əlaqədar ona xx.xx.2024-cü il tarixli, 13-16- 2/2-814/2024 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim olunmuşdur. Həmin xəbərdarlıq məktubunda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunmuş “əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” ilə bağlı ətraflı məlumat verilmişdir. Eyni zamanda bildirirlər ki, Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisarı ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci, 79-cu və 80-ci maddələrinin tələblərinə ciddi riayət olunmuş və qanunvericiliyin tələbləri pozulmamışdır. Hal-hazırda yuxarıda adıçəkilən Fərmanın icrası ilə əlaqədar Cavabdehndə aparılan mövcud struktur dəyişikliyi və ixtisarlarla bağlı yerdəyişmə prossesi müvəqqəti olaraq dayandırılmışdır. Cavabdehndə vakansiyalar olduğu təqdirdə onun müraciətinə yenidən baxılacaqdır. xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00466 saylı X5 İştirak Edilməməsi barədə arayışdan görünür ki, 24 fevral 2025-ci tarixdə mediasiya sessiyasının tətbiqi barədə təklif göndərilmiş, Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci tarixində keçirilməsi nəzərdə tutulan X5 cavabdehin nümayəndəsi iştirak etməmişdir. Hazırda İddiaçı cavabdeh "Su və Meliorasiya Kompleksininin Layihələndirilməsi İnstitutu" X13rşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi 02 aprel 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X5 iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il il tarixli qərarında qeyd olunmuşdur ki, “Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.” Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə xitam verilmişdir. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır. İddiaçı, hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına xx.xx.2025-ci il tarixində müraciət etmiş və xx.xx.2025-ci il tarixində “X5 iştirak etməmə barədə” arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə yəni, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Su və Meliorasiya Kompleksininin Layihələndirilməsi İnstitutu" X13rşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar