Məhkəmə qərarları › İş №2(004)-270/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-270/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-270/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2, eyni zamanda cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh2, Cavabdeh3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələbin ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hüseynova (İbrahimova) Nüşabə Fəyyaz qızına və Cavabdeh6 qarşı "borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələbin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(004)-4676/2019 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş cəmi 1.016.546,16 ABŞ dolları məbləğində borcun, hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh3 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsində yerləşən 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Hüseynova (İbrahimova) Nüşabə Fəyyaz qızının, Cavabdeh6 evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses gedişatında iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Hüseynova (İbrahimova) Nüşabə Fəyyaz qızının və Cavabdeh6 cavabdehlər qismindən çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Hazırda tərəflər məhkəməyə barışıq sazişi təqdim etmişdilər. Barışıq sazişinin şərtlərinə görə: “Bir tərəfdən İddiaçı QSC-nin (VÖEN **********) nümayəndəsi Nümayəndə şəxsində (bundan sonra Bank), digər tərəfdən cavabdehlər “AZAY-İN" MMC- nin direktoru Cavabdeh2, X1 və Cavabdeh2 (bundan sonra Cavabdehlər) şəxsində, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-270/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191 -ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(004)-4598/2019 saylı qətnaməsi ilə İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış 18.02.2011 -ci il tarixli 01L000002490 nömrəli kredit xətti müqaviləsi üzrə 16.03.2015-ci il tarixli 00İR ********** nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 300000 ABŞ dolları əsas borcu, 85437.17 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 387437.17 ABŞ dolları borc. 02.06.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 250000 ABŞ dolları əsas borcu, 68100.21 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 319600.21 ABŞ dolları borc, 03.06.2015-ci il tarixli **********5002 nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 250000 ABŞ dolları əsas borcu, 58008.78 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 309508.78 ABŞ dolları borc olmaqla, ümumilikdə ******* (bir milyon on altı min beş yüz qırx altı) ABŞ dolları 16 (on altı) sent pulun cavabdehlər “Azay-İn" MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir

1. Qətnamə qəbul olunduqdan sonra cavabdehlər tərəfindən ödəniş həyata keçirilmiş və ödənişlər yalnız 16.03.2015-ci il tarixli 00İR ********** nömrəli kredit razılaşması üzrə əsas borcdan silinmiş, həmin kredit razılaşması üzrə faiz, cərimə borcdan və digər kredit razılaşmaları üzrə borcdan silinmə aparılmamışdır.

3. İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı tərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) Bankın mülkiyyətinə keçmə dəyəri tərəflərin qarşılıqlı razılığı ilə ******* manat müəyyən edilsin.

4. Cavabdeh3 mülkiyyətində olan və “AccessBank" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) borcun 740000 ABŞ Dolları (yəni üç kredit razılaşması üzrə əsas borcların cəmi' hissəsinin əvəzində İddiaçı QSC-nin mülkiyyətinə versin, İddiaçı QSC öz növbəsində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaq.: -52 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) mülkiyyətinə qəbul etsin.

5. Qeyd edilən əmlak Bankın mülkiyyətinə keçdiyi tarixdə (Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ Dollarının manata qarşı mübadilə məzənnəsi 1.71 manatdan artıq olduqda həmin əmlakın razılaşdırılmış qiyməti müvafiq olaraq ABŞ dolları ifadəsində azalacaq və nəticədə yaranacaq fərq Cavabdehlər tərəfindən Banka ödənilsin.

6. Həmin əmlak İddiaçı QSC-nin mülkiyyətinə qəbul olunduğu tarixdə (yəni həmin əmlakın bankın mülkiyyətində olması barədə DƏDRX-dən çıxarış alındığı tarixdə). Bank yuxarıda qeyd olunan 16.03.2015-ci il tarixli 001R********** nömrəli, 02.06.2015-ci il tarixli 00İR ********** nömrəli və 03.06.2015-ci il tarixli **********5002 nömrəli kredit razılaşmaları üzrə 211546.16 ABŞ Dolları faiz borcu və 5000 ABŞ Dolları cərimə borcunu silməyi öhdəsinə götürsün. Həmin borclar silindikdən sonra “Azay-İn" MMC, Cavabdeh2 və Cavabdeh3 bank 16.03.2015-ci il tarixli 001R********** nömrəli, 02.06.2015-ci il tarixli 001R********** nömrəli və 03.06.2015-ci il tarixli **********5002 nömrəli kredit razılaşmaları üzrə bütün kredit öhdəliklərindən azad etsin.

7. Bu barışıq sazişinin 4, 5 və 6-cı bəndlərindəki şərtlər yerinə yetirildikdən sonra cavabdehlərə bank qarşısında bütün kredit borcu öhdəliklərinin olmaması barədə arayış Bank tərəfindən verilsin.

8. Cavabdeh2, həm də Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) bankın mülkiyyətinə keçdiyi tarixdən (Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) sonra 1 ay müddətində “AccessBank" QSC-dən ******* manat qiymətinə almaqda üstünlük hüququ var.

9. Bu barışıq sazişinin 8-ci bəndindəki üstünlük hüququ Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) dair illik 8 faiz olmaqla 60 ay müddətinə maliyyə lizinqi müqaviləsi bağlanılmaqla, əmlakın bankın mülkiyyətinə qəbul olunma qiymətindən aşağı olmamaq şərti ilə alqı-satqı müqaviləsi bağlamaqla və ya əmlakın üçüncü şəxslərə bankın mülkiyyətinə qəbul olunma qiymətindən aşağı olmamaq şərti ilə satılmasına razılıq verməklə həyata keçirilə bilər.

10. Cavabdeh2 və ya Cavabdeh3 hər hansı biri bu barışıq sazişinin 8 və 9-cu bəndlərindəki üstünlük hüquqlarından istifadə etmədikdə, yəni müəyyən olunmuş müddətdə maliyyə lizinqi müqaviləsi bağlamadıqda, əmlakı geri satın almadıqda və ya əmlakın üçüncü şəxslərə bankın mülkiyyətinə qəbul olunma qiymətindən aşağı olmamaq şərti ilə satılmasına razılıq vermədikdə barışıq sazişinin şərtləri pozulmuş hesab edilsin və onlar Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) bankın mülkiyyətinə keçdiyi tarixdən (Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) sonra 60 gün ərzində boşaldaraq “AccessBank" QSC-yə təhvil versinlər.

11. Cavabdeh2 və ya Cavabdeh3 hər hansı biri bu barışıq sazişinin 8 və 9-cu bəndlərindəki üstünlük hüquqlarından istifadə etməklə bağlı Banka müraciət etdiyi təqdirdə, Bank müraciətin daxil olduğu gündən 30 gün ərzində müraciətdə qeyd edilmiş üstünlük hüququnun icrasını təmin etmək məqsədi ilə müraciət edən şəxsi rəsmiləşdirmənin aparılması üçün dəvət etməyi öhdəsinə götürsün və müraciət edənin üstünlük hüququnun həyata keçirilməsi üçün Bankın üzərinə düşən hərəkətləri icra etsin.

12. Üstünlük hüququndan istifadə etmək üçün müraciət edən Cavabdeh2dursa ünvan 1 ünvanına və ya +**********94 telefon nömrəsinə, müraciət edən Cavabdeh3dırsa ünvan 2 ünvanına və ya +**********76 telefon nömrəsinə Bank bu barışıq sazişinin 11 -ci bəndində qeyd edilmiş dəvət barədə məlumatı məktubla və ya SMS göndərməklə icra edir.

13. Cavabdeh2 və ya Cavabdeh3 hər hansı biri bu barışıq sazişinin 8 və 9-cu bəndlərindəki üstünlük hüquqlarından istifadə etdiyi anda digəri həmin üstünlük hüququnu itirsin.

14. Bu barışıq sazişinin 6, 7 və 11 -ci bəndləri Bank tərəfindən icra edilmədikdə bu barışıq sazişinin şərtləri pozulmuş hesab edilsin. Bank gecikdirilmiş hər gün üçün cavabdehlərə 2 (iki) manat pul ödəməyi öhdəsinə götürsün.

15. Qeyd edilən əmlakın “AccessBank" QSC-yə təhvil verilənədək onun təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə cavabdehlər tam məsuliyyət daşıyırlar.

16. Bu barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra DƏDRX-dən Daşınmaz Əmlak üçün barışıq sazişində qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın alınması üçün əsasdır.

17. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq İcra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar.

18. Barışıq Sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

19. Bu barışıq sazişi 4 (dörd) əsl nüsxədə Bakı şəhərində, 07 oktyabr 2021-ci il tarixdə imzalanmışdır.” Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı "xxxx" QSC ilə cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə: “Bir tərəfdən İddiaçı QSC-nin (VÖEN **********) nümayəndəsi Nümayəndə şəxsində (bundan sonra Bank), digər tərəfdən cavabdehlər “AZAY-İN" MMC- nin direktoru Cavabdeh2, X1 və Cavabdeh2 (bundan sonra Cavabdehlər) şəxsində, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-270/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191 -ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(004)-4598/2019 saylı qətnaməsi ilə İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış 18.02.2011 -ci il tarixli 01L000002490 nömrəli kredit xətti müqaviləsi üzrə 16.03.2015-ci il tarixli 00İR ********** nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 300000 ABŞ dolları əsas borcu, 85437.17 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 387437.17 ABŞ dolları borc. 02.06.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 250000 ABŞ dolları əsas borcu, 68100.21 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 319600.21 ABŞ dolları borc, 03.06.2015-ci il tarixli **********5002 nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 250000 ABŞ dolları əsas borcu, 58008.78 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 309508.78 ABŞ dolları borc olmaqla, ümumilikdə ******* (bir milyon on altı min beş yüz qırx altı) ABŞ dolları 16 (on altı) sent pulun cavabdehlər “Azay-İn" MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir

1. Qətnamə qəbul olunduqdan sonra cavabdehlər tərəfindən ödəniş həyata keçirilmiş və ödənişlər yalnız 16.03.2015-ci il tarixli 00İR ********** nömrəli kredit razılaşması üzrə əsas borcdan silinmiş, həmin kredit razılaşması üzrə faiz, cərimə borcdan və digər kredit razılaşmaları üzrə borcdan silinmə aparılmamışdır.

3. İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı tərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) Bankın mülkiyyətinə keçmə dəyəri tərəflərin qarşılıqlı razılığı ilə ******* manat müəyyən edilsin.

4. Cavabdeh3 mülkiyyətində olan və “AccessBank" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) borcun 740000 ABŞ Dolları (yəni üç kredit razılaşması üzrə əsas borcların cəmi' hissəsinin əvəzində İddiaçı QSC-nin mülkiyyətinə versin, İddiaçı QSC öz növbəsində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaq.: -52 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) mülkiyyətinə qəbul etsin.

5. Qeyd edilən əmlak Bankın mülkiyyətinə keçdiyi tarixdə (Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ Dollarının manata qarşı mübadilə məzənnəsi 1.71 manatdan artıq olduqda həmin əmlakın razılaşdırılmış qiyməti müvafiq olaraq ABŞ dolları ifadəsində azalacaq və nəticədə yaranacaq fərq Cavabdehlər tərəfindən Banka ödənilsin.

6. Həmin əmlak İddiaçı QSC-nin mülkiyyətinə qəbul olunduğu tarixdə (yəni həmin əmlakın bankın mülkiyyətində olması barədə DƏDRX-dən çıxarış alındığı tarixdə). Bank yuxarıda qeyd olunan 16.03.2015-ci il tarixli 001R********** nömrəli, 02.06.2015-ci il tarixli 00İR ********** nömrəli və 03.06.2015-ci il tarixli **********5002 nömrəli kredit razılaşmaları üzrə 211546.16 ABŞ Dolları faiz borcu və 5000 ABŞ Dolları cərimə borcunu silməyi öhdəsinə götürsün. Həmin borclar silindikdən sonra “Azay-İn" MMC, Cavabdeh2 və Cavabdeh3 bank 16.03.2015-ci il tarixli 001R********** nömrəli, 02.06.2015-ci il tarixli 001R********** nömrəli və 03.06.2015-ci il tarixli **********5002 nömrəli kredit razılaşmaları üzrə bütün kredit öhdəliklərindən azad etsin.

7. Bu barışıq sazişinin 4, 5 və 6-cı bəndlərindəki şərtlər yerinə yetirildikdən sonra cavabdehlərə bank qarşısında bütün kredit borcu öhdəliklərinin olmaması barədə arayış Bank tərəfindən verilsin.

8. Cavabdeh2, həm də Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) bankın mülkiyyətinə keçdiyi tarixdən (Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) sonra 1 ay müddətində “AccessBank" QSC-dən ******* manat qiymətinə almaqda üstünlük hüququ var.

9. Bu barışıq sazişinin 8-ci bəndindəki üstünlük hüququ Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) dair illik 8 faiz olmaqla 60 ay müddətinə maliyyə lizinqi müqaviləsi bağlanılmaqla, əmlakın bankın mülkiyyətinə qəbul olunma qiymətindən aşağı olmamaq şərti ilə alqı-satqı müqaviləsi bağlamaqla və ya əmlakın üçüncü şəxslərə bankın mülkiyyətinə qəbul olunma qiymətindən aşağı olmamaq şərti ilə satılmasına razılıq verməklə həyata keçirilə bilər.

10. Cavabdeh2 və ya Cavabdeh3 hər hansı biri bu barışıq sazişinin 8 və 9-cu bəndlərindəki üstünlük hüquqlarından istifadə etmədikdə, yəni müəyyən olunmuş müddətdə maliyyə lizinqi müqaviləsi bağlamadıqda, əmlakı geri satın almadıqda və ya əmlakın üçüncü şəxslərə bankın mülkiyyətinə qəbul olunma qiymətindən aşağı olmamaq şərti ilə satılmasına razılıq vermədikdə barışıq sazişinin şərtləri pozulmuş hesab edilsin və onlar Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsində 3 mərtəbəli 10 otaqlı 452.9 m2 ümumi sahədən ibarət 42A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) bankın mülkiyyətinə keçdiyi tarixdən (Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) sonra 60 gün ərzində boşaldaraq “AccessBank" QSC-yə təhvil versinlər.

11. Cavabdeh2 və ya Cavabdeh3 hər hansı biri bu barışıq sazişinin 8 və 9-cu bəndlərindəki üstünlük hüquqlarından istifadə etməklə bağlı Banka müraciət etdiyi təqdirdə, Bank müraciətin daxil olduğu gündən 30 gün ərzində müraciətdə qeyd edilmiş üstünlük hüququnun icrasını təmin etmək məqsədi ilə müraciət edən şəxsi rəsmiləşdirmənin aparılması üçün dəvət etməyi öhdəsinə götürsün və müraciət edənin üstünlük hüququnun həyata keçirilməsi üçün Bankın üzərinə düşən hərəkətləri icra etsin.

12. Üstünlük hüququndan istifadə etmək üçün müraciət edən Cavabdeh2dursa ünvan 1 ünvanına və ya +**********94 telefon nömrəsinə, müraciət edən Cavabdeh3dırsa ünvan 2 ünvanına və ya +**********76 telefon nömrəsinə Bank bu barışıq sazişinin 11 -ci bəndində qeyd edilmiş dəvət barədə məlumatı məktubla və ya SMS göndərməklə icra edir.

13. Cavabdeh2 və ya Cavabdeh3 hər hansı biri bu barışıq sazişinin 8 və 9-cu bəndlərindəki üstünlük hüquqlarından istifadə etdiyi anda digəri həmin üstünlük hüququnu itirsin.

14. Bu barışıq sazişinin 6, 7 və 11 -ci bəndləri Bank tərəfindən icra edilmədikdə bu barışıq sazişinin şərtləri pozulmuş hesab edilsin. Bank gecikdirilmiş hər gün üçün cavabdehlərə 2 (iki) manat pul ödəməyi öhdəsinə götürsün.

15. Qeyd edilən əmlakın “AccessBank" QSC-yə təhvil verilənədək onun təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə cavabdehlər tam məsuliyyət daşıyırlar.

16. Bu barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra DƏDRX-dən Daşınmaz Əmlak üçün barışıq sazişində qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın alınması üçün əsasdır.

17. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq İcra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar.

18. Barışıq Sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

19. Bu barışıq sazişi 4 (dörd) əsl nüsxədə Bakı şəhərində, 07 oktyabr 2021-ci il tarixdə imzalanmışdır.” İddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələbin ödənilməsi tələbinə dair" mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar