Məhkəmə qərarları › İş №2(004)-2711/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2711/2022

22.04.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2711/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, Ərizəçi MMM-nin Maraqlı şəxs MMC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN E T D İ M: Ərizəçi MMM cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə 21.04.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, hər iki tərəf hüquqi şəxsdir və hazırki tələb kommersiya hüquq münasibətlərindən irəli gələn mübahisənin tənzimlənməsinə yönəlmişdir. Beləliklə, tərəflərin hüquqi şəxs olmasını nəzərə alaraq hesab edirəm ki, hazırki ərizəyə məhkəmə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, həmçinin məhkəmə aidiyyəti üzrə bu tələbə Yasamal rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində rüsum ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114 və 152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi MMM-nin Maraqlı şəxs MMC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o, hazırki ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. 19.04.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi MMM-yə (MARS-FK LTD X1, kod 511265, VÖEN **********, Müxbir hesab AZ11NABZ********************, S.W.İ.F.T. AZENAZ22) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar