Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2714/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək, onun əri - xx.xx.1978-ci ildə doğulmuş X1 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, onun əri xx.xx.1978-ci ildə doğulmuş X1 xx.xx.2023-cü ildə yaşadıqları Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 184A nömrəli evdə səhhəti qəfil pisləşmişdir. O, dərhal “103” təcili tibbi yardım xidmətinə zəng etmişdir. Lakin təcili yardım gələnə kimi əri ürək tutmasından ölmüşdür. Təcili yardım briqadasının həkimləri ölüm haqqında xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsi vermişdir. Ərini Abşeron rayonu Saray qəbirstanlığında dəfn etmişlər. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, TTTYS-nin verdiyi xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, çağırış əsasında gəlminmiş xx.xx.2023-cü il tarixdə saat 18.00-da ünvan 1 ünvana 45 yaşlı X1 adına çağırış daxil olmuşdur. Ünvana gələn həkimlər kişi cinsli meyit aşkar etmişlər. Arayış sahə poliklinikasına təqdim etmək üçün verilmişdir. Abşeron rayonu Saray Bələdiyyəsinin verdiyi xx.xx.2024-cü il tarixli 05/70 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi həyat yoldaşı X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və Saray qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1978-ci ildə doğulmuş X2 Ərizəçi əridir. X2 xx.xx.2023-cü ildə Bakı şəhərində ölmüşdür və Abşeron rayonu Saray qəbristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci ildə doğulmuş X1 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2714/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2714/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver