Məhkəmə qərarları › İş №2(004)-2727/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2727/2023

31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2727/2023 31.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X6 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X4 ilə nikahlarından xx.xx.2008-ci il tarixdə dünyaya gələn X11 anadan gəlmə ürək qüsuru - Perimembranoz VSD, yəni ürəkdə dəliyin olması səbəbindən xx.xx.2009-cu il tarixində aparılan əməliyyat nəticəsində vəfat emişdir. O, onun mülkiyyətində olan, qeydiyyatda olduğu və faktiki yaşadığı Yeni Yasamal 2, ev 3 mənzil 192-də qeydiyyatda olmuşdur. Vəfatı zamanı keçirdiyi güclü ruhi həyəcan və streslə əlaqədar olaraq həmin vaxtlarda vəfatı ilə bağlı sənədləşdirmə işləri ilə məşğul ola bilməmiş, sonrakı vaxtlarda isə bu sənədləşdirmə işləri tərəfindən unudulmuşdur. Halhazırda vəfat edən övladı X11 yenə də sözü gedən mənzildə qeydiyyatdadır. Onun qeydiyyatdan çıxarılması üçün ölüm haqqında şəhadətnamə almaq lazımdır. Bu səbəblə mərhumun əməliyyat olunduğu və vəfat etdiyi X3 müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin saxlama müddətinin keçməsi səbəbindən sənədin məhv edildiyi və bu sənədin verilə bilməyəcəyi, ancaq epikriz verilə biləcəyi bildirilmişdir. Həmin epikrizlə Maraqlı şəxsnə müraciət edərək vəziyyəti onlara izah etmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadan bu epikriz əsasında ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin cavab məktubunda AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına biləcəyi bildirilmiş və Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mərhumu atası ilə birlikdə Göyçay qəbristanlığında dəfn etmişlər. Oğlu, X6 ölüm faktı şahidlər, həmçinin X1 alınmış epikriz ilə təsdiq edilə bilər. Hal hazırda oğlu X6 ölüm faktı müəyyən edilməsi onun mülkiyyətində olan, qeydiyyatda olduğu və faktiki yaşadığı Yeni Yasamal 2, ev 3, mənzil 192-də qeydiyyatdan çıxarılması üçün zəruridir. Sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2008-ci il təvəllüdlü X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun X4 ilə nikahlarından xx.xx.2008-ci il tarixdə dünyaya gələn X11 anadan gəlmə ürək qüsuru - Perimembranoz VSD, yəni ürəkdə dəliyin olması səbəbindən xx.xx.2009-cu il tarixində aparılan əməliyyat nəticəsində vəfat emişdir. Vəfat etdiyi X3 müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin saxlama müddətinin keçməsi səbəbindən sənədin məhv edildiyi və bu sənədin verilə bilməyəcəyi, ancaq epikriz verilə biləcəyi bildirilmişdir. Həmin epikrizlə Maraqlı şəxsnə müraciət edərək vəziyyəti onlara izah etmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadan bu epikriz əsasında ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin cavab məktubunda aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Oğlu Göyçay qəbristanlığında dəfn olunub. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, mərhum Elcanını dayısıdır. X11 xx.xx.2008-ci il tarixdə dünyaya gəlmişdir. Uşaqda anadan gəlmə ürək qüsuru - Perimembranoz VSD, yəni ürəkdə dəlik vardı. Dedilər ki, dəlik iki cür olur, biri boyudukcə böyüyür, digəri isə böyüdükcə böyük fəsadları olur. Bu səbəbdəndə Elcanı əməliyyat elətdirdilər. Həkim əvvəlcə əməliyyat etmək istəmirdi. Sonradan Rəşad həkim əməliyatı öz üzərinə götürdü. Əməliyyat Neftçilər xəstəxanasında olmuşdur. Səhv etmirsə martın 31-də əməliyyat olundu, lakin iki-üç gün sonra Elcan ölmüşdür. Mərhumu Göyçay qəbristanlığında dəfn etmişlər. Dəfində o, da iştirak etmişdir. O, X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı oğlu Elcan Vəliyev xx.xx.2008-ci il tarixdə dünyaya gəlmişdir. Uşaqda anadan gəlmə ürək qüsuru - Perimembranoz VSD, yəni ürəkdə dəlik vardı. Uşaq Neftçilər xəstəxanasında əməliyyat olunmuşdu və əməliyyatdan iki-üç gön sonra ölmüşdür. Onu Göyçay qəbristanlığında dəfn etmişlər. Yas mərasimində o, da iştirak etmişdir. O, X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edir. İş materiallarında olan: - Nikah haqqında AZ-İ seriyalı 355546 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X4 ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayı nikah evində 3362 №-li akt qeydi ilə nikah bağlanmış, nikahdan sonra ərə Vəliyev, arvada Babayeva soyadı verilmişdir. - Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Ərizəçi xx.xx.2008-ci il təvəllüdlü X11 adlı övladı vardır. - X2 xx.xx.2009-cu il tarixli epikrizindən görünür ki, X11 xx.xx.2009-cu il tarixində aparılan əməliyyat nəticəsində vəfat emişdir. - Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-13xx/xx/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricində olmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X5”nın Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, yoldaşı 29 yanvar 1974-cü il təvəllüdlü X6 ölümü müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində (X13) baş verdiyindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.5 bəndinə əsasən tərəflərindən mərhumun adına “ölüm haqqında tibbi şəhadətnaməsinin” verilməsi mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X11 həqiqətən də xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar